Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

►Ekspertin fikrincə, manatın ucuzlaşmasını önləmək üçün MB bazara satıcı kimi qayıtmalıdır

Artıq bir aydır ki, manat dollara nisbətdə aramsız dəyər itirir. Hələlik, Mərkəzi Bank (MB) nə prosesə tam müdaxilə edir, nə də hərraclarda dolların möhkəmlənməsini önləyəcək addımlar atır.

Dolların son bir ayda manata nisbətən möhkəmlənməsi fonunda yalnız biznesin deyil, əhalinin də xarici valyutalara tələbatı çoxalır. Bu baxımdan, bankların son hərraclarda hətta yarım milyard dollarlıq sifariş verməsi təəccüb doğurmur. Mövcud durumda iqtisadiyyat bir suala təcili cavaba möhtac qalır: Manatı möhkəmləndirməkdən ötrü nələrə ehtiyac var?

İqtisadçı ekspert Vüqar Bayramov AzadlıqRadiosuna müsahibəsində elə həmin sualı cavablamağa çalışır:

- Hərraclarda dollar sifarişlərinin strukturu göstərir ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi satışa çıxarılan valyuta həcminin az olması ilə bağlıdır. Hərraca çıxarılan 50 milyon dollar, sifarişlərin məbləğlərinə uyğun olaraq, bəlli faiz civarında paylaşdırılır. Məsələn, 6 milyon dollar tələb irəli sürən bank hərraca 30 milyon dollar sifariş verir. Həmin bank əmindir ki, 30 milyon dolları ala bilməyəcək, amma sifarişinin 10 faizinə ümid etdiyindən yüksək məbləğlə aksiona qoşulur. Yəni, bankların əksəriyyəti “çox istəyim ki, heç olmasa, azı ala bilim” prinsipiylə davranır. Bu isə o deməkdir ki, indiki məqamda MB bazara intervensiya etməklə bazarın dollara tələbatını azalda bilər. Hərraclarda sifarişlə tələbat arasındakı mövcud fərq manat təklifini artırır.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

- Təklif edirsiniz ki, MB bazara satıcı kimi qayıtsın?

- Hərraclar olmayan günlər məzənnəni dəyişməməklə kursu uzun müddət tənzimləmək mümkün deyil. Növbəti hərraclarda MB hərraca satıcı qismində çıxıb, 1-ci mərhələdə 300 milyon dollar təklif etməli və tələbatı normallaşdırmağa çalışmalıdır. Əks halda, MB-nin "valyuta ehtiyatları, yoxsa məzənnə" arasında seçim tərəddüdü dolları yenə möhkəmləndirəcək. Bankların mövcud manat likvidliyini nəzərə alanda, onlardan yalnız birinin məzənnəyə ciddi təsir imkanları var. MB-nin satıcı kimi hərraca qayıtması manata basqını yumşalda bilər.

- MB-nin müəyyənləşdirdiyi marja dəyişdirilməlidir?

- Onsuz da, valyuta bazarında mövcud məzənnə siyasətinin liberal üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil. Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjanın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkünsüzdür. Bu marja bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Bu baxımdan, tələbatı normallaşdırarsa, MB marjanı 2 dəfə azaltmaq barədə qərar qəbul edə bilər. Bununla yanaşı, gələcəkdə məzənnə siyasətini liberallaşdırmaq üçün mərhələli islahatlar həyata keçirilməlidir. Mlli valyutaya inam MB-yə güvəndən qaynaqlanır. Buna görə, baş bank ilə bağlı institutsional və kadr islahatları məqsədəuyğundur”.

Buna da bax: Yanan mağaza sahibi: Bütün malım yanıb

Günün bütün mövzuları

XS
SM
MD
LG