Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:56

►Neft Fondunun gəlirləri yarıbayarı azalıb, ancaq...

Ötən il Dövlət Neft Fondunun (DNF-nin) gəlirləri 2014-cü ilə müqayisədə 53 faizədək azalıb (dollarla idadədə). Fondun 2015-ci il hesabatında qeyd edilir ki, DNF-nin daxilolmaları 7 milyard 721,1 milyon manat və ya 7 milyard 670,2 milyon ABŞ dolları olub.

Devalvasiya DNF-nin işinə yarayıb

Hesabatda dünya bazarında xam neftin qiymətlərindəki kəskin azalmalar ucbatından 2015-ci ildə karbohidrogen satışından əldə edilən gəlirlərin azaldığı, eyni zamanda devalvasiyanın fondun işinə yaradığı bildirilir:

“Bununla yanaşı, DNF-nin investisiya portfelinə daxil valyutaların manata qarşı məzənnəsinin bahalaşması səbəbindən, ötən ilin sonuna fond vəsaitlərində manat ifadəsində artım baş verib. Bu üzdən, fondun 22,5 milyard manat büdcədənkənar gəliri yaranıb”.

Yenidən qiymətləndirmə nəticəsində qızıl portfelinin qiymət artımı da 716,8 milyon manat büdcədənkənar gəlir yaradıb.

Büdcədənkənar xərclərsə...

Ancaq ötən il DNF-nin investisiya portfelinə daxil valyutaların dollara qarşı məzənnələrinin və qızılın qiymətinin dəyişməsindən yaranan fərq də 1 milyard 998,2 milyon dollar məbləğində büdcədənkənar xərc formalaşdırıb.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

Fondun əsas gəlir mənbəyi yenə xam neft satışıdır. 2015-ci ildə çıxarılan mənfəət neftinin və qazın satışından DNF-yə 7 milyard 229,1 milyon ABŞ dolları və yaxud 7 milyard 369,6 milyon manat daxil olub.

İlboyu ixrac edilən mənfəət neftinin orta satış qiyməti 54,31 ABŞ dolları, xalis mədaxil qiyməti isə 48,06 ABŞ dolları olub.

İdarəetmədən gəlir yenə azdır

Fond vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir yenə ümumi payda az yer tutur.

Ötən il DNF vəsaitlərini borc öhdəlikləri və pul bazarları alətlərində, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirib.

Qurum vəsaitlərini müxtəlif portfellərə yerləşdirməsindən 425,4 milyon ABŞ dolları gəlir əldə edib. İnvestisiya portfelinin gəlirliliyi 1,24 faiz olub.

XS
SM
MD
LG