Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

-

İran İslam Respublikasının banisi Khomeinin nəticəsi atasının ali dini quruma seçkidən kənarlaşdırıldığını deyir.

Hassan Khomeininin oğlu Ahmad Khomenei bunu yanvarın 26-da “İnstaqram”səhifəsində yazıb.

Onun sözlərinə görə qərarı yanvarın 25-də İnqilab Şurası verib.

Bu barədə İranın dövlət İRNA agentliyi də məlumat yayıb.

İslahatçılarla yaxın əlaqəsi olan Hassan Khomeini “Ekspertlər Assambleyası”na namizədliyini veribmiş. (Bu şuranın üzvləri ölkədə əsas söz sahibi olan Ali dini lideri seçir.)

Qeyd edək ki, fevralın 26-da 88 yerlik “Ekspertlər Assambleyası” və 290 yerlik parlamentə seçkilər keçiriləcək.

Qeyd edək ki, islahatçı siyasətçilər bu günlərdə İnqilab Şurasını mötədil namizədlərin parlament seçkilərinə buraxılmaması ilə bağlı qərarına yenidən baxmağa çağırıblar.

9 partiyanın yanvarın 20-də yaydığı bəyanatda bildirilir ki, 3 min islahatçı namizəddən cəmi 30-u qeydə alınıb.

İnqilab Şurasının rəhbəri Ayatollah Ahmad Jannati İSNA agentliyinə bildirib ki, şura təzyiqlərə boyun əyməyəcək.

Amma onun müavini Siamak Rahpeik şuranın rəsmi saytında yazıb ki, çox küman ki, rədd edilənlərdən 15 faizinin namizədliyi sonradan bərpa ediləcək.

Qeyd edək ki, İranda parlament seçkilərində namizədləri mühafizəkarlardan ibarəd İnqilab Şurası müəyyən edir.

Prezident Hassan Rohani isə seçkidən uzaqlaşdırılan namizədlərin bərpa olunması üçün bütün konstitusion imkanlara əl atacağını vəd edib.

290 yerlik İran parlamentində mühavizəkarlar çoxluq təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG