Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

İran prezidenti ölkəsinin Mühafizə Şurasını tənqid etdi


İran prezidenti Hassan Rohani

İran prezidenti Hassan Rohani

-

İran prezidenti gələn ay prezident seçkisinə qatılacaq namizədlərin çoxunun seçkiyə buraxılmamasını tənqid edib.

Şərhçilər bu tənqidi İslam dövlətinin iki güc strukturu arasındakı gərginliyin davam etməsi kimi şərh edirlər.

İranın Mühafizə Şurası fevralın 26-da keçiriləcək parlament seçkisinə qatılacaq namizədlərin 60 faizdən çoxunu seçkiyə buraxmayıb.

İran prezidenti Hassan Rohani

İran prezidenti Hassan Rohani

İran prezidenti Hassan Rohani deyib ki, 290 yerlik parlament üçün ümidverici namizədlərin yalnız 1 faizi qalıb:

“Əgər seçkidə bir dəstə iştirak edəcək, digəri yox isə, o zaman biz niyə seçki keçiririk?”-Rohani Tehranda yanvarın 21-də keçirilən görüşdə deyib.

Siyasi islahatlar tərəfdarı Hossein Marashi deyib ki, 3 min islahatçı namizədin yalnız 30-u seçkiyə buraxılıb.

Parlamentə seçkilər 4 ildən bir keçirilir.

Seçkili orqan olmayan, 6 dini xadimi və 6 münsifdən ibarət Mühafizə Şurası seçkiyə kimin qatılıb-qatılmayacağını müəyyən edən güc sahibidir.

ŞURANIN QƏRARI AYDIN DEYİL

Ayatollah Seyyed Ali Khamenei

Ayatollah Seyyed Ali Khamenei

Şura nədən bu qədər namizədi seçkidən kənarda qoyması hələki aydın deyil. Hərçənd, keçmiş seçkilərdə də qurum islahatçı, ali dini lider Ayatollah Ali Khamenei-yə qarşı loyal olmayan namizədləri seçkiyə buraxmayıb.

İslahatçılarla bərabər bəzi mühafizəkarlar da seçkidən kənar saxlanıb. Onların arasında müxalifətçinin ev dustaqlığına buraxılmasını tənqid edən Ali Morahari də var.

“Parlament xalqın evidir, bir fraksiyanın evi deyil”, - deyə İran prezidenti bəyan edib. O, yanvarın 21-də hökumət və seçki məmurları ilə görüş keçirib. Prezident xalqa öz "evini" seçmək imkanı verilməsini təklif edib.

Seçkidən kənar saxlananların qərardan şikayət etmək hüququ var və media bir neçə namizədin şikayət məktubunu yayıb.

Eshagh Jahangiri

Eshagh Jahangiri

Məlumata görə, Rohani vitse prezident Eshagh Jahangiri-yə Mühafizə Şurası ilə bunu müzakirə etməyi tapşırıb.

Rohani öz səlahiyyətlərindən istifadə edib ali dini liderdən bu müdaxilə ilə bağlı hesab soruşa bilər.

Keçmiş prezidentliyə namizəd və islahatçı siyasətçi Mohammad Reza Aref qadağa qoyulmuş namizədlərin bəziləri seçkiyə qatılacağına ümidli olduğunu deyib.

Aref Mühafizə Şurasının loyal münasibət bəslədiyi azsaylı islahatçılardan biridir. O, Şuranın bir çox namizədi seçkidən kənar saxlayan qərarını yenidən gözdən keçirəcəyinə inandığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG