Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

Gleb Pavlovsky: «Hakimiyyət bir adamın əlində olanda...»


Rusiyanın tanınmış siyasi analitiki Gleb Pavlovsky, 13 yanvar, 2013.

Rusiyanın tanınmış siyasi analitiki Gleb Pavlovsky, 13 yanvar, 2013.

-

Düşüncə korlanır, qorxunc fantaziyalar yaranır

Rusiyanın tanınmış siyasi analitiki, 2011-ci ilədək Putin hakimiyyətində məsləhətçi olmuş Gleb Pavlovsky The Moscow Times-da dərc olunmuş məqaləsi...

Təxminən 20 il bundan öncə Kremlin yüksək vəzifəli şəxslərindən biri məndən “siyasətsizləşdirmə” termininin mənasını soruşanda ona belə cavab vermişdim: “Siyasətsizləşdirmə bütün xəbər bülletenlərinin Kremlin mətbəxində hazırlanan materialları işıqlandırması və xalqın da həmin məlumatları müzakirə etməsidir”. O vaxt heç düşünməzdim ki, bu, Rusiyada belə tez baş verər.

Siyasətsizləşdirmə siyasi mühiti dezinfeksiya edərək, bütün hakimiyyəti bir adamın əlində cəmləmək, bütün siyasi qərarların məşvərətsiz-filan bir şəxs tərəfindən verilməsidir. Bu, bütün digər oyunçuları sıradan çıxarmaqla siyasi gündəmi bir nəfərin inhisarında saxlamaq deməkdir. Belə rejimlər əsl siyasi fəaliyyətlərini xalqdan gizlədə bilir. Bununla da xalqı qaçılmaz dəyişikliklər qarşısında hazırlıqsız qoyurlar.

Ancaq biz o vaxt Kremldə ölkəni siyasətsizləşdirməyə istiqamətləndirəndə bir şeyi gözdən qaçırmışdıq: siyasətsizləşdirmə milli liderlərin düşüncələrini korlayır, onlarda təhlükəli planlar, qorxunc fantaziyalar doğurur.

Putin bütün insanların diqqətinə hökmrandır

Bu gün Rusiya cəmiyyəti diqqətini yaxınlaşan seçkilərə yönəltməkdənsə, inqilab, hərbi çevriliş və federasiyanın imperiya ilə əvəzlənməsi ehtimallarını müzakirə edir. Siyasət tamamilə buxarlanıb. Putin bütün insanların diqqətinə hökmrandır. Sadəcə ona görə ki, müzakirə etməyə səhnədə artıq başqa birisi yoxdur. Faktiki olaraq, Putin başlıca qərarları qəbul etmək funksiyasını itirənədək hamının maraq dairəsində qalmaqda davam edəcək.

2012-ci ildə siyasətsizləşdirmə dövrünə ehtiyatla son verməyə başlarkən, Putinin iki seçimi vardı. Ya tədricən Konstitusiyanın qüvvəsini yenidən bərpa etmək, ya da ayrı-ayrı münaqişləri qəsdən qabartmaq. O, ikinci yolu – tiranlığı seçdi; 2012-ci ildə Pussy Riot işi ilə başlandı, rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini qadağan edən Dima Yakovlev qanununun qəbulu və Bolotnoe etirazçılarının amansızca dağıdılması ilə davam etdi. Bu gün bu, özünü Ukraynaya qarşı mütəşəkkil isteriya ilə göstərir.

İkieşalonlu gündəm

Rusiyada bir növ ikieşalonlu gündəm formalaşdırılb. Putin hakimiyyətinin yuxarı eşalonda mütləq çoxluğun yekdil mövqeyi nümayiş etdirilir. Bu özünü parlamentdə siyasi qərarların yekdilliklə qəbulunda göstərir. Aşağı eşalonda isə güc strukturları davam edən hakimiyyət uğrunda mübarizəyə kilidləniblər.

Siyasətləşdirməyə qayıdarkən tezliklə bəlli oldu ki, sovet dövründəki kimi Dövlət Plan Komitəsinə ehtiyac var. Bu, hazırkı Prezident Administrasiyasından daha mürəkkəb strukturdur. Çünki söhbət siyasi aparatın bir hissəsinin idarəolunan, mülayim “müxalifətin” yaradılmasından gedirdi.

Zamanın qüdrəti, gələcəyin qaçılmazlığı Putinin yüksək reytinqi ilə əvəzləndi. Belə ki, hakimiyyət hazırda inanır ki, Putinin reytinqi ciddi şəkildə aşağı enmədikcə aparılan siyasətdə elə bir dəyişiklik etməyə ehtiyac yoxdur. Əslində isə həmin reytinqi yüksək saxlayan məhz onların dəyişiklik qətiyyən istəməməsidir.

Putinin reytinqi aşağı düşməsə belə, o, xalqının qeyri-müəyyən gələcəyə dair nigarançılığının üzərinə su səpməyə qadir deyil. Hakimiyyətin insanları bütün bugünkü problemlərin çözüləcəyi tarix kimi inandırmağa çalışdıqları 2018-ci və 2024-cü il seçkiləri ilə hipnoz etməyə cəhd etsə də, hələ ki buna nail ola bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG