Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

-

Ukraynalı pilot Nadia Savchenko həlak olan rusiyalı jurnalistlərin ailələrinin xahişi əsasında əfv edilib, bunun Minsk razılaşmasına aidiyyəti yoxdur.

Bu bəyanatı Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Putin-in sözlərinə görə, Savchenko-nun əfv edilməsini ondan həlak olan jurnalistlərdən birinin dul bacısı istəyib.

Putin qeyd edib ki, Savchenko-nun bağışlanması və ölkəsinə qaytarılmasını Ukrayna prezidenti Petro Poroshenko ilə uzun zaman müzakirə edib. O deyib ki, Savchenko-nun əfvi qarşılığında Ukraynada mühakimə olunan iki Rusiya vətəndaşı verilməliydi.

Putin əlavə edib ki, o, mərhum jurnalistlərin yaxınlarının fikrini bilmədən Savchenko-nun əfvi ilə bağlı qərar qəbul edə bilməzdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG