Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

‘İndi də külək əsmir ki, bu dəfə kimi günahlandıracaqlarını görək’


"Günəşli" yatağında yanğın. 26.09.2016

"Günəşli" yatağında yanğın. 26.09.2016

“Bu yanğınlar cəzasızlıqdan, məsuliyyətsizlikdən və səriştəsizlikdən baş verir”. Günəşli yatağında baş verən qəzadan danışan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosu-na belə deyib.

Yanğın sentyabrın 26-da təmir işləri aparılarkən, “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda baş verib.

“Yanğın səhər saat 6-da başlayıb, amma saat 9-da xəbər tutublar. İndi də gah operatoru günahlandırırlar, gah da quyuların əsaslı təmir sexini. Ya vəlvələdən, ya zəlzələdən, - nə fərqi var. Facebook səhifəmdə də yazmışam ki, indi də külək əsmir ki, görək bu dəfə kimi günahlandıracaqlar”.

Buna da bax:​ 'Günəşli' yatağında yanğın

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

- Səbəb nədir yanğına?

- Altı ay idi, neft quyusu təmirə dayanmışdı. Bu gün (sentyabrın 26-da) həmin 71 saylı quyunun təmiri zamanı neft quyusundan kondensatla birgə qaz fontan vurub. Bu, açıq fontandır. Açıq fontan çox təhlükəlidir. Bu dəfə cəld tərpənib oradakı 49 nəfər işçini təxliyə ediblər. Yaxşı mütəxəssisləri təqaüdə göndərirlər. Gəmi də gəlib, helikopter də qaldırıblar. Nə qədər çalışsalar da, qazın təzyiqini aşağı sala bilməyiblər. İki saat əvvəl qaz fontanı yanğına çevrilib. Hazırda davam edir. Gecəyə külək gözlənilir. Külək güclənsə, şirkətə yenidən ciddi ziyan dəyəcək.

Buna da bax:​ SOCAR qəzayla bağlı tənqidi rədd edir

- Sizcə, bu quyuda ikinci dəfə belə yanğının baş verməsinə səbəb nədir? Bu, təsadüfdür, ya səriştəsizlik? Bayaq dediniz ki, peşəkarları təqaüdə göndərirlər...

- Bunların hamısı cəzasızlıqdan doğur. Ötən ilin dekabrında da yanğın baş verdi, insanlar öldü. Hökumət komissiyası yaradıldı, ancaq günahkarın kim olduğunu demədilər. Bir adam cəzalandırılmadı. Səbəb səriştəsizlikdir, məsuliyyətsizlikdir. Bir də cəzasızlıqdır. Cəzasızlıq cinayətin böyüməsinə imkan yaradır. Bu qədər adam öldü, di gəl, bir adam cəzalandırılmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG