Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Putin bir söz deyir, Azərbaycan gömrüyü başqa...


Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev (solda) və Vladimir Putin avqustun 8-də Bakıda görüşərkən.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev (solda) və Vladimir Putin avqustun 8-də Bakıda görüşərkən.

Rusiya prezidenti Vladimir Putin-in Azərbaycana son səfərində iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə ayrıca diqqət yetirildi: Bir bir neçə sənəd imzandı və təklif edilən layihələr dartışıldı. Ancaq reallıqda Rusiya-Azərbaycan ticarət əlaqələri zəifləməkdədir.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 7 ayında iki ölkə arasındakı ticarətin həcmi 7.7 % azalaraq, 212 milyon 928 min dollara enib.

Azərbaycanın MDB-dəki əsas tərəfdaşı Rusiyadır, bəs Rusiyanın?

Səfərdən öncə V.Putin “AzərTAac”a verdiyi müsahibədə deyir ki, Azərbaycan Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Ancaq Azərbaycanın MDB-də əsas tərəfdaşı Rusiyadır.

***Bunlara da baxın:
- Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'
- Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

Putin-in fikirlərini DGK inkar edir

V. Putin onu da bildirir ki, Rusiya Azərbaycan mallarının idxalında liderlik edir. Di gəl, DGK-nın məlumatı Rusiya prezidentinin sözləriylə heç uzlaşmır, çünki o məlumatda deyilir ki, Rusiya Azərbaycanın ixracatında 4.64 faizlik payla Gürcüstandan sonra 8-ci yeri tutur.

V.Putin Federal Gömrük Xidmətinin məlumatına dayanaraq, ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 2014-cü ildəki 4 milyard dollarla müqayisədə 30 faiz azaldığını və 2,8 milyard dollara endiyini də bildirir: “Bu il, hələlik, vəziyyətdə dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır”.

Burda da iki rəsmi rəqəm üst-üstə düşmür. DGK-nin məlumatına görə, ötən il ticarət 1 milyard 854 milyon 672 min dollar olub. Ekspertlərin fikrincə, belə uyğunsuzluqlar Azərbaycan gömrüyündəki şübhəli qeydiyyatdan qaynaqlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG