Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

BƏƏ-dən gələn turistlər çoxalıb


-

Bu ilin aprel ayı ərzində Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana 2.5 min xarici vətəndaş səfər edib. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdirilmiş məlumatda deyilir.

BƏƏ vətəndaşlarının marağının səbəbi və onların haralara getməyə üstünlük verdiyi açıqlanmır.

Azərbaycanda bu turistlərin əksəriyyətinin şahin ovu həvəskarları və onları müşayiət edən çoxsaylı insanlarolduğu bildirilir.

Şahin ovu həvəskarlarının başında Dubay Əmiri Şeyx Məhəmmədin ailə üzvləri və oğullarının olduğu deyilir.Onlar artıq ardıcıl olaraq üç ildir Azərbaycana səfər edirlər.Bu barədə yerli və xarici kiv-lərdə ən müxtəlif yazı və fotosessiyalar dərc edilib.

BƏƏ-dən gələn turistlərin Azərbaycanın aran və kürqırağı rayonlarda ovla məşğul olduqları bildirilir. Yerli sakinlər danışırlar ki, bəzən ova gələn imkanlı turistlər onlara da bəxşiş verməkdən qalmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG