Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:07

►Gəncə sakini: Yanğınsöndürən məhəlləyə girmir, traktorun motoru oğurlanıb...

“Gəncə çayı yenə daşıb, çay kənarındakı evləri su basıb. Yanğınsöndürən maşın gəldi, ancaq məhəlləyə girmədi. Yanğınsöndürən dedi, “bahalı maşındır, suya girə bilmərəm”. İcra hakimiyyətinə getdik, dedilər, “gələrdik, ancaq traktorumuzun motorunu oğurlayıblar””.

Gəncə sakini, Vəli Xuluflu küçəsində yaşayan Güllüzar Novruzova AzadlıqRadiosuna danışır ki, aprelin 13-də Gəncə çayı daşıb, çaya yaxın bəzi məhəllələrdəki evlərə su dolub.

Ancaq gün ərzində sakinlər yerli qurumlara müraciət etsələr də, gəlib suyu çəkən olmayıb.

“QALMIŞIQ SUYUN İÇİNDƏ”

Gəncə şəhər icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Vəli Xuluflu küçəsindəki bəzi evlərə su dolduğu üçün əraziyə texnika göndəriblər. Güllüzar xanımsa deyir, nədənsə məhəllədə gözünə texnika görünməyib:

– İşıqlar da sönüb, qalmışıq suyun içində. Heç kəs gəlməyib. Evdə körpə, qoca... Bilmirik neyləyək. Əsas da 116 və 118 saylı evlərə daha çox su dolub. Bizim ev 116-cıdır.

– Niyə evlərə su dolur? Kanalizasiya var?

– Kanalizasiya xətti məhəllənin yarısında var, yarısında yoxdur. Elə əsas problem də odur. Bütün çirkab sular da qarışıb çayın suyuna, dolub evlərimizə. İydən evdə oturmaq olmur.

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

“O BOYDA İCRADA BAŞQA TEXNİKA YOXDUR?”

Güllüzar Novruzovanın deməsinə görə, başına gələnlər ilk dəfə deyil. Bundan əvvəl də güclü yağış yağanda, yaxud çay daşanda məhəllədəki evləri dəfələrlə su basıb:

“Özüm iki dəfə icra hakimiyyətinə ərizə yazmışam ki, “ay başçı, dağdan sel gələndə suyun altında qalırıq. Suyun axar yeri yoxdur. Bir əncam çək”. Dəfələrlə özüm getmişəm icraya, xeyri yoxdur. Bu gün də verdikləri cavab bu oldu ki, “motorumuzu oğurlayıblar, yoxsa gələrdik”. İndi biz neyləyək? Gözləyək ki, nə vaxt bunların traktorunun motoru tapılacaq? Bu boyda icrada başqa texnika yoxdur?”

Bu dəqiqələrdə Güllüzar Novruzova və məhəllənin başqa sakinləri qaranlıqda oturub səbirsizliklə icra hakimiyyətinin vəd etdiyi və hələ də ünvana yetişməyən texnikanı gözləməkdədirlər.

Buna da bax: İntiqam Əliyev:"Türmələr qəbiristanlığa çevrilib"

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG