Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:43

►Vüsal Qasımlı yeni yaradılan Maliyyə Sabitliyi Şurasının fiskal və maliyyə siyasətlərini əlaqələndirəcəyinə diqqət çəkib

Maliyyə Sabitliyi Şurası (MSŞ) fiskal və maliyyə siyasətlərini əlaqələndirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu yeni qurumdan danışarkən belə deyib.

“Daha çevik vahid platforma yaranır”

O, şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh qurumların rəhbərlərinin daxil olduğunu xatırladıb:

“Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılmasından ötrü daha çevik vahid platforma yaradılır. MSŞ-nin tərkibinə baxılsa, 3 tərəfin təmsil olunduğu görünür - Prezident Administrasiyasının, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan maliyyə və iqtisadiyyat nazirliklərinin, eləcə də Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondunun”.

“Baş nazirin quruma rəhbərlik etməsi...”

V. Qasımlı Azərbaycanda aparılan institutsional islahata əsasən, iqtisadiyyata cavabdeh hər üç blokdakı qurumların eyni platformada birləşdiyini bildirir:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Bu mənada baş nazirin quruma rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyəti sistemli şəkildə əlaqələndirəcək. Hazırda makro və fiskal siyasəti yürüdən qurumların Nazirlər Kabinetinin strukturunda olması, digər tərəfdənsə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik Dövlət Neft Fondunun Nazirlər Kabineti strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruriləşdirib”.

“MSŞ... zəmin hazırlayır”

Onun sözlərinə görə, bu baxımdan MSŞ bütün resursları səfərbər etməklə makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, eləcə də fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır.

Dünya təcrübəsində maliyyə sabitliyi şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb. Türkiyədə MSŞ 2011-ci ildə qurulub. Bu qurum orada Xəzinə Katibliyini, Mərkəzi Bankı, Bankçılığı Tənzimləmə və Nəzarət Agentliyini, Kapital Bazarları Şurasını və Əmanətlərin Sığortalanması Fondunu əhatə edir.

“Mühüm rol oynayacaq”

V.Qasımlının fikrincə, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh qurumların bir platformada əlaqələndirilmə səmərə verir.

O, dünya təcrübəsinin təhlili əsasında bu nəticəyə gəlindiyini söyləyir:

“Azərbaycanda da Maliyyə Sabitliyi Şurası uğurlu xarici bənzərlərinə uyğun olaraq, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG