Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

►“Səsi super deyil, ancaq zəif də deyil”

“Çox xoşbəxtəm. Mənə səs verənlərə, dəstək göstərən hər kəsə təşəkkür edirəm. Öz hisslərini ifadə etmək doğrudan da çox çətindir”.

Azərbaycanı “Eurovision – 2016” Mahnı Müsabiqəsində təmsil edən gənc müğənni Səmra Rəhimli bunları finalı vəsiqə qazanandan sonra bildirib.

21 yaşlı müğənni daha öncə “O Səs Türkiyə” və “O Səs Azərbaycan” mahnı yarışmalarında iştirak edib.

Səmra 2012-ci ildə də Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etməkdən ötrü milli seçim mərhələsinə qatılıb. Ancaq ilk seçim mərhələsində məğlub olub. 4 il sonra isə ölkəsini “Miracle” (“Möcüzə”) mahnısı ilə təmsil edir.

Bu günlərdə Səmra Rəhimlinin çıxışı, geyimi, səsi həm peşəkarlar, həm də sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusudur. Sosial şəbəkələrdə onu ölkənin bu müsabiqəyə qatıldığı illər ərzində ən uğursuz namizəd sayanlar az deyil.

Məsələn, Facebook-dan:

Shebnem Abiyeva: "Son 2 -3 ildi keyfiyyetli mahnı ile çıxılmır, xaric ses de çox eşitdim bu ifada, amma yene de uğurlar olsun."

“Səmra ilk yerlərdən birini tutmağa layiqdir”

Ancaq xalq artisti, “O Səs Azərbaycan” mahnı yarışmasında ustad münsif olmuş Faiq Ağayev bu fikirlərlə razı deyil:

“Səmranı 7 ay ərzində günbəgün izləyirdim. Məqsədyönlü, çalışqan, olduqca istedadlıdır. Dünənki çıxışından məmnun qaldım. Çox sevindim ki, finala ilk olaraq ölkəmizin təmsilçisi keçdi. İnanıram ki, Səmra finalda da Azərbaycan musiqisi adına gözəl nəticələr göstərəcək. Əslində, “Eurovision” həm də siyasi maraqlar arenasıdır. Avropa tamaşaçısı necə səs verəcək, milli münsiflər heyətləri səsi necə bölüşdürəcəklər, bunu demək çox çətindir. Fikrimcə, Səmra ilk yerlərdən birini tutmağa layiqdir”.

“Təcrübəsizdir”

Mahnı yarışmalarında gəncləri dəstəkləməklə tanınan xalq artisti Mübariz Tağıyev isə Səmranı təcrübəsiz sayır:

“Sənət adamlarının dediyinə görə, pis çıxış etməyib. Hələ gəncdir. Təcrübəsizliyindən söhbət gedə bilər. “O Səs Azərbaycan” müsabiqəsinin finalına qədər gəlib çıxıb. Pis oxumur, yaşına görə pis deyil. Mən deyərdim, zəiflik səsində yox, təcrübəsindədir. O da vaxta, zamana bağlı şeydir”.

Sağlamlığı, paltarı ilə bağlı problemlərlə rastlaşmışdı

Kulturoloq Aydın Xan yada salır ki, vaxtilə Azərbaycan “Eurovision” mahnı yarışmasına çox istedadlı, tanınmış müğənni göndərməyə çalışanda tənqid olunurdu. İndi isə istedadlı gənc olsa da, heç də tanınmayan bir şəxsi göndəriblər.

“Əslində, belə gənclərə meydan açılması daha düzgündür. Yarışmadan əvvəl bizim iştirakçı sağlamlığı, paltarı ilə bağlı müəyyən problemlərlə rastlaşmışdı. Amma finala keçməsi onu göstərdi ki, heç də zəif, həvəskar bir müğənni deyil. Onun Eurovisionda iştirakı həm də Azərbaycandakı gənc istedadlara bir motivasiya verəcək, həvəsləndirici təsir göstərəcək. “Eurovision” elədir ki, burda elə də yüksək səs keyfiyyətlərinə ehtiyac yoxdur, pop musiqisidir. İfa canlı olsa da, daha çox, aparılan piarın nəticəsindən asılı olaraq, yerlər tutmaq mümkündür. Deməzdim bizim iştirakçının səsi superdir, ancaq heç də zəif səs deyil”.

Azərbaycanı 2011-ci ildə Eldar Qasımovla Nigar Camal “Eurovision” qalibi edib.

Yarışmanın ikinci yarımfinalı mayın 12-də saat 23:00-da, finalı isə mayın 14-də saat 23:00-da yayımlanacaq.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG