Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42

-

Azərbaycan «Eurovision» mahnı müsabiqəsinin finalına çıxıb. Mayın 10-da Stokholmda keçirilən yarımfinalda Rusiyadan Sergey Lazarev, eləcə də Azərbaycan və Ermənistan final mərhələsinə keçə biliblər.

Azərbaycan təmsilçisi Səmra Rəhimli «Miracle» mahnısı ilə finalda birinci hissədə çıxış edəcək.

Lazarev-in «You Are the Only One» mahnısı beynəlxalq komanda tərəfindən ərsəyə gəlib və yarışmanın favoriti hesab olunur. Komandaya rusiyalı müğənni Filipp Kirkorov və yunan bəstəkar Dimitris Kontopoulos daxildir.

Ermənistan təmsilçisi Iveta Mukuchyan-ın oxuduğu «Love Wave» mahnısının bəstəçisi özüdür.

Avstriya, Xorvatiya, Kipr, Çexiya, Macarıstan, Malta və Niderland da final mərhələsindədir.

Builki yarışmaya 42 ölkə qoşulub.

SƏMRA RƏHİMLİ: « ÇOX XOŞBƏXTƏM...»

«Mən çox xoşbəxtəm, yəqin ki, qələbə sevincini sabah anlayacağam. Mənə səs verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Finalda qələbə qazanmaqdan ötrü əlimdən gələni əsirgəməyəcəyəm».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Azərbaycanı «Eurovision-2016» mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yarımfinaldan dərhal sonra keçirilən mətbuat konfransında söyləyib.

Səmra Rəhimli jurnalistlərin «Daha öncəki Azərbaycan təmsilçiləri finala vəsiqə qazanıb. Siz bununla bağlı təzyiq yaşadınızmı» sualını cavablandırarkən deyib: «Mən ölkəmi bu mötəbər müsabiqədə təmsil etdiyimdən qürur duyuram. Burada olduğumdan çox sevincliyəm. İnanmıram ki, nə zamansa bu qədər xoşbəxt ola bilərəm. Mən hər hansı bir təzyiq hiss etmirəm. Mən yalnız tamaşaçıların dəstəyini hiss etdim. Çıxışım zamanı yalnız ifa və performansım haqqında düşünürəm. Mən çox şadam. Hisslərimi izah edə bilmirəm. Möhtəşəm şou göstərmək arzusundayam».

Səmra Rəhimli «Səs Azərbaycan» layihəsində dördüncü yerə sahib olub. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən aparılan daxili seçim turunun nəticələrinə əsasən, Azərbaycanı bu mötəbər yarışmada təmsil etmək hüququ qazanıb.

Mayın 10-da Stokholmda keçirilən yarımfinalda Səmra Rəhimli finala vəsiqə əldə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG