Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

►Mikroborc kartları...

Reuters agentliyinin verdiyi xəbərə görə, Vladivostokda bir supermarket şəbəkəsi alıcılara kreditlə ərzaq təklif edir.

Səbəb iqtisadi böhran şəraitində alıcıların gəlirlərinin azalmasıdır.

Müştərilərə üç ay müddətinə 10 min rublluq (təxminən 125 dollar) mikroborc kartları verilir.

Ərzaq kreditləri proqramı orta təbəqəyə hesablanıb.

Bu proqramla təkcə qida məhsullarını yox, həm də spirtli içkilər almaq olar.

Kredit faizi ayda 3 -5 faizdir.

Supermarket şəbəkəsinin nümayəndələri bildiriblər ki, müştərilər ən çox viski, konyak və delikatesləri kreditlə alıblar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bu kartlarla satış Yeni ilqabağı günlərdə özünün pik həddinə çatıb. Hazırda isə ərzağı nisyə alanlar azalıb.

Rusiyada 2015-ci ildə orta real əməkhaqqının azalması 9,5% olub. 2014-cü ilin əvvəlindən bu göstərici 15% idi. 2015-ci ilin birinci yarısında nominal əməkhaqqı 4,6% artsa da, ilin ikinci yarısında ümumiyyətlə heç bir artım qeydə alınmayıb.

2015-ci ildə Rusiya sakinləri 1998-ci ildən bəri ilk dəfə qazandıqlarından çox xərcləyiblər. Federal Dövlət Statistika Xidmətinin (Rosstat) verdiyi məlumata görə, 2015-ci ildə rusiyalıların gəlirləri ilə xərcləri arasında fərq mənfi (!) 418 milyard rubl olub.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG