Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:35

Ağır qəzadan sonra Ermənistan avtobusları Rusiyaya buraxılmayacaq


Arxiv fotosu: Ermənistana gedən İran avtobusu Culfa rayonu ərazisində qəzaya uğrayıb. 20 mart 2012
Arxiv fotosu: Ermənistana gedən İran avtobusu Culfa rayonu ərazisində qəzaya uğrayıb. 20 mart 2012

.

Rusiyanın nəqliyyat polisi noyabrın 5-də təhlükəsizlik səbəblərindən Yerevana işləyən iki avtobusu ölkədən çıxarıb. Moskva polisi bu avtobusları xüsusi əraziyə gətirib və onlara yollarına davam etməyi qadağan edib.

Qərara səbəb noyabrın 3-də Moskvadan 200 kilometr aralıda 8 nəfərin ölümü, 40-dan çoxununsa yaralanması ilə nəticələnən baş vermis ağır yol qəzası olub.

Moskva polis idarəsindən bildirilib ki, Ermənistan şirkətlərinə məxsus olan hər iki avtobusun texniki vəziyyəti qeyri-qənaətbəxş olub. Bunun nəticəsində avtobusların 4 erməni sürücüsü cərimələnəcək.

“Bu avtobusların Rusiya ərazisində istismarı bütün aşkar edilmiş problemlər aradan qaldırılana qədər qadağan ediləcək,” deyə Moskva polisinin rəsmisi bildirib.

Polis avtobusları saxladığı zaman onlar Moskvadan Yerevana gedən sərnişinlərlə dolu olub. Avtobusların sahiblərini dərhal müəyyən etmək mümkün olmayıb.

Bundan başqa, maşınların sükan və əyləc sistemlərində ciddi nasazılıqların olduğu, sürücülərin təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu bildirilir.

Bir neçə gün əvvəl qəzaya uğramış avtobus bir erməni şirkətinə məxsus imiş. Şirkətin sahibi texniki nasazlıq ehtimalını istisna edib. Rusiyanın Daxili İşlər nazirinin müavini Aleksandr Savenko cümə axşamı günü deyib ki, Çin istehsalı olan avtobus, sürücüsü sükan arxasında yuxuladığına görə Tulada magistral yolda aşıb.

Hər iki ölkənin hüquq mühafizə orqanları qəzanın səbəblərini araşdırırlar.

Cümə axşamı günü Ermənistan hökuməti ölkənin daxilində və xaricində avtobus xidmətləri təklif edən şirkətlər üçün lisenziya tələblərini sərtləşdirəcəyini elan edib.

Ermənistanın Nəqliyyat və rabitə nazirinin birinci müavini Artur Arakelyan deyib ki, hökumət müvafiq qanun layihəsinin üzərində işləməyə hələ qəzadan yarım il əvvəl başlayıb.

Ermənistanda hazırda qüvvədə olan qaydalara görə qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan şirkətlərin lisenziya alması məcburi deyil. Bu isə o deməkdir ki, Nəqliyyat Nazirliyi avtobusların texniki vəziyyətinə və sürücünün tibbi durumuna nəzarət etmir.

Elə 3 gün əvvəl Tulada qəzaya uğramış avtobusun məxsus olduğu şirkətin də lisenziyası yox imiş.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG