Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Rusiyada avtobus qəzasında 8 erməni ölüb


Moskva-Yerevan avtobusu Tula vilayətində aşıb.

Moskva-Yerevan avtobusu Tula vilayətində aşıb.

Mərkəzi Rusiyada Ermənistan vətəndaşlarını daşıyan avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Mərkəzi Rusiyada Ermənistan vətəndaşlarını daşıyan avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Qəza Tula vilayətinin ərazisində baş verib. Yerli hakimiyyət rəsmiləri bildirirlər ki, içərisində 59 sərnişini olan avtobus Ermənistanın paytaxtı Yerevana gedirdi.

Polisin qəzaya dair ilkin məlumatında deyilir ki, faciəyə səbəb sürücünün hərəkət vaxtı yuxuya getməsi və ya avtobusun texniki nasazlığı ola bilərdi.

Tula Daxili İşlər İdarəsinin rəisi Andrei Yartsev deyib ki, qəza barəsində iki cinayət işi qaldırılıb və avtobusun iki sürücüsü istintaqa cəlb edilib.

Yartsev həmçinin bildirib ki, xəsarət alanlardan bəzilərinin vəziyyəti xeyli ağırdır.

Ermənistan prezidenti Serj Sarkisyan qəzada həlak olanların yaxınlarına başsağlığı verib və bildirib ki, faciənin səbəblərinin araşdırılmasında erməni tərəfi də iştirak edəcək.

Moskva-Yerevan reysi ilə işləyən Çin istehsallı avtobus Ermənistana məxsus idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG