Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:50

Bob Dylan axır ki, dilləndi: ‘Xəbərdən nitqim tutulmuşdu…’


ABŞ mediası yazır ki, Nobel mükafatları komitəsi nəhayət rahat nəfəs ala bilər. Bu ilin ədəbiyyat üzrə mükafatçısı, şair-nəğməkar Bob Dylan bəyan edib ki, dekabr ayında Nobel mükafatının təqdimat mərasiminə qatılacaq.

Çoxları gözləyirdilər ki, Nobel mükafatına layiq görüldüyü barədə xəbərə iki həftədən də çox müddətdə biganə qalan sənətçi ondan ümumiyyətlə imtina edəcək.

Nobel mükafatına layiq görülmüş ilk şair-musiqiçi olan Dylan nəhayət ki, ‘mübhəm’ sükutunu pozub.

Buna qədər Nobel komitəsi Rolling Stones müğənnisi ilə heç cür əlaqə yarada bilmirdi. O telefon zənglərinə sadəcə olaraq cavab vermirdi.

Britaniyanın ‘Telegraph’ qəzetinə gözlənilməz müsahibə verən Dylan ‘bu balaca iş deyil’ deyib.

‘Bu inanılmazdır, - deyib Dylan, - Heyrətamizdir. Belə bir şey kimin yuxusuna girərdi?’

Dekabrın 10-da mükafatı şəxsən İsveç kralı Carl VI Gustaf-ın əlindən qəbul etmək üçün təltif mərasiminə gəlib-gəlməyəcəyi barədə suala cavab verən sənətçi deyib ki, həmin məclisdə olmaq üçün əlindən gələni edəcək.

Bundan əvvəl İsveç Akademiyasının bəzi üzvləri Bob Dylan-ın saymazyana davranışından hirslənmiş, onu ‘lovğa’ adlandırmışdılar.

Bob Dylan mükafatçı kimi 900 min ABŞ dolları alacaq.

Sözü gedən müsahibə Telegraph qəzetində dərc olunan kimi Nobel Fondu bəyanat yayıb. Bu bəyanatda deyilir ki, Nobel komitəsi Dylan-la bir həftə əvvəl telefonla danışıbmış.

‘Bu həftənin əvvəlində Bob Dylan İsveç Akademiyasına zəng edib’ – deyilir bəyanatda.

İsveç Akademiyasının daimi katibi Sara Daniusun bildirdiyinə görə Dylan deyib: ‘Nobel mükafatına layiq görüldüyüm barədə xəbərdən nitqim tutulub. Mən bu şərəfi yüksək qiymətləndirirəm’.

Katib deyib ki, Bob Dylan-ın dekabrda Stokholmda keçirləcək Nobel həftəsində hər hansı tədbirlərdə iştirak edəcəyi hələlik dəqiqləşdirilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG