Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Dünya Azərbaycanlı İş Adamlarının 1-ci Forumu təxirə düşüb. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir.

Komitə bildirib ki, forumunun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən onlara çoxsaylı müraciətlər daxil olub.

“Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan soydaşlarımız forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürüblər. Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb, tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb”, komitə bildirir.

Buna da bax:​ Xaricdəki azərbaycanılardan investisiya gözləntisi

Komitə Forumun təxirə salındığını, daha münasib bir vaxtda keçiriləcəyini bildirib.

Bir müddət öncə prezident İlham Əliyev də xaricdə yaşayan azərbaycanlı iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırmışdı. Ancaq müstəqil ekspertlər bildirirdilər ki, Azərbaycanda azad biznesə əlverişli mühit yaranmayana, inhisar və korrupsiyaya son qoyulmayana qədər ölkəyə arzu edilən səviyyədə sərmayə qoyulmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG