Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

Çexiyada dünyanın ən dərin sualtı mağarası tapılıb


Sualtı mağara
Sualtı mağara

Şərqi Çexiyada mağara aşkar edən polşalı tədqiqatçılar qrupu onun ən azı 404 metr dərinliyində olduğunu söyləyirlər. Qaya yarığının çöküntülərində “gizlənən” mağara dünyanın ən dərin sualtı mağarası hesab edilir.

Tədqiqatçı alım: “Özümü XXI əsrin Kolumbu kimi hiss etdim”

Polşadan olan tədqiqatçı qrupa başçılıq edən alim Krzysztof Starnawski sentyabrın 30-da “The Associated Press”-ə deyib ki, o bu kəşfi edəndən sonra özünü lap “XXI əsrin Kolumbu” kimi hiss edib.

Sualtı mağara Çexiyanın Hranice şəhəri yaxınlığında Hranicka Propast və ya Hranice Abyss adlanan sualtı yarğanda aşkar edilib.

48 yaşlı Starnawski mağaranı 1998-ci ildə araşdırmağa başlayıb. Hələ 2015-ci ildə Starnawski özü bu qaya yarığından keçərək 265 metr dərinliyə qədər enməyi bacarıb. Ancaq tədqiqatçı daha dərinə - mağaranın dibinə enə bilməyib. Polşalı alim araşdırmanı davam etdirmək istəyib. Amma bu qədər dərinliyə enən Starnawski 6 saat barokamerada qaldıqdan sonra geri qayıtmalı olub. Və o mağaranın dibinə enə bilmək üçün onlara robot lazım olduğunu söyləyib.

Buna da bax:​ Qafqaz Albaniyasının məbədi dağılır...

Mağara daha dərin ola bilər, çünki...

Bu il sentyabrın 28-də isə o nəhayət, onilliklərlə tədqiq etdikləri, uçurum qalıqları və gillə örtülmüş yarğanın ən azı 404 metr dərinliyində olduğunu müəyyən edib. Tədqiqatçı alim əvvəlcə akvalanqla ensiz yarğanın 200 metr dərinliyinə enib. Bundan sonra Krzysztof Starnawski məsafədən idarə olunan sualtı robotdan istifadə edib. Robot kabelin uzunluğunun imkan verdiyi qədər - 404 metr dərinliyədək fəaliyyətdə olub, amma hələ də mağaranın dibinə çatmayıb.

Polşanın cənubundakı Krakov şəhərindəki evindən müsahibə verən Starnawski bildirib ki, kəşf edilən mağara indiyədək ən dərin hesab edilən İtaliyadakı Pozzo del Merro mağarasının (onun dərinliyi 392 metrdir) rekordunu 12 metr üstələyib. Bununla da, dünyanın ən dərin sualtı mağarası sayılır.

Çexiyanın Speleologik (Mağaralar üzrə ixtisaslaşan) Cəmiyyəti bu fikirdədir ki, sözügedən sualtı mağara daha dərindir. Çünki robot 404 metr dərinlikdə olarkən mağaranın dibi görünmürdü. “Kabelin uzunluğu imkan versəydi daha dərinə getmək olardı” deyə cəmiyyətdən bildirirlər.

Buna da bax:​ Dünyada istedadların 35 faizi itib-batır

“Bu kəşf çəkilmiş xərclərə dəyər”

Tədqiqatçı mağaradakı bu dayvinqi “problemli məsələ” adlandırıb. Çünki su həm bulanıq, həm də soyuqdur, yəni Selsi şkalası ilə mənfi 15 dərəcədir. Onun sözlərinə görə, suyun mineral tərkibi avadanlığa zərər vura bilərmiş. “Amma bu kəşfi etmək, bu təhlükələrdən keçmək şərt idi və bu kəşf çəkilmiş xərclərə dəyər”, - deyə alim bildirib.

Krzysztof Starnawski kəşf barədə birinci dəfə xəbər verən National Geographic ekspedisiyanın xərclərinin bir hissəsini ödədiyini söyləyib.

Buna da bax:​ National Geographic-dən son 125 ilin fotoları

Polşalı ekspedisiyanın rəhbəri Starnawski robotu geri qaytarmaq məqsədilə yenidən sualtı yarğanın 200 metr dərinliyinə baş vurmalıdır.

Robot GRALmarine adlı Polşa firması tərəfindən xüsusi olaraq bu araşdırmanın aparılması üçün yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG