Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"


Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

10:02 8.4.2016
20:02 7.4.2016

Pilotsuz uçuş aparatı endirilib

İllüstrasiya

İllüstrasiya

Azərbaycan Müdafiə Nazirliyi pilotsuz uçuş aparatı endirdiyini bildirir.

Nazirliyin məlumatında bildirilir ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) xüsusi üsulla endirilib.

19:25 7.4.2016

Həlak olanların ailəsinə yardım ediləcək

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hərbi əməliyyatlarda həlak olanların xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.

“Report”-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

18:38 7.4.2016

Cəbhə xəttində polis yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı yaralanıb. Hadisə aprelin 6-da baş verib.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG