Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

Həlak olanların ailəsinə yardım ediləcək


-

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hərbi əməliyyatlarda həlak olanların xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.

“Report”-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, həlak olanların ailələrinin maddi təminatının yaxşılaşdırılması istiqamətində ölkə başçısının verdiyi tapşırıqlar yerinə yetiriləcək.

“Hazırda rayon və şəhər icra hakimiyyətlərindən şəhid statusu verilmiş şəxslərin siyahılarının bizə təqdim olunmasını gözləyirik. Həmçinin, yaralıların müalicəsinin davam etdirilməsi və onların səhhətlərinin yaxşılaşdırılması üçün həkimlər əlindən gələni edir. Lakin bu müalicələrdən sonra hər hansı əlillik qalarsa, biz bunu qeydə alıb, əlillik qrupu verəcəyik. Buna uyğun olaraq, onlara prezident təqaüdləri, digər pensiya və müavinətlər verilə bilər. Eləcə də evlərin verilməsi, maşınlarla təmin olunması məsələləri də nəzarətdə saxlanılacaq” - deyən nazir vurğulayıb ki, şəhər və rayon icra hakimiyyətləri tərəfindən həmin şəxslərə lazım olan bütün yardımlar göstəriləcək.

Aprelin 1-dən cəbhədə atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfi 31 hərbiçi itirdiyini açıqlayıb. Yaralıların dəqiq sayı isə açıqlanmır.

Bu günlər ərazində Tərtər və Ağdam hakimiyyət orqanları da mülkü insanlarla bağlı statistikanı açıqlayıblar. Onlar bu iki rayonda 4 nəfərin öldüyünü 11 nəfərin yaralandığını bildirirlər. Ancaq təmas xəttinin keçdiyi digər rayonların rəsmiləri isə mülkü insanlar arasında ölən və yaralananlarla bağlı açıqlama verməyib. Azərbaycanın bəzi saytları sön günlər cəbhə xəttində ümumilikdə 4 nəfər mülkü şəxsin öldüyünü, 18 nəfərin isə yaralandığın yazıblar. Ancaq fevralın 6-da Türkiyə televiziyaları son günlər cəbhə xəttində Azərbaycan tərəfindən 6 mülkü şəxsin həlak olduğu məlumatını yaymışdılar.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG