Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Warren Buffett 2,9 milyard dollarlıq ianə edib


Warren Buffett, «Berkshire Hathaway» Inc. şirkətinin başçısı
Warren Buffett, «Berkshire Hathaway» Inc. şirkətinin başçısı

«Berkshire Hathaway» Inc şirkətinin rəhbəri, milyarder Warren Buffett təqribən 2,86 milyard dollar şirkətinin səhmləri şəklində Bill və Melinda Gates fonduna və daha dörd ailə xeyriyyə fonduna ianə edib. Buffet demək olar ki, bütün varidatını ianə etməyi planlaşdırıb.

Buna da bax: «Məmur arvadı Türkiyədə 20 milyon dollara 16 villa alıb»

Buffettin beş fonda 11-ci illik ianəsi şirkətinin 19,61 milyon dollar həcmində "B" sinfinə aid səhmlərindən ibarət olub.

Bu məbləğin 14,96 milyon dollarını əsasən təhsil və səhiyyənin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində işləyən Gates Fondu alıb.

Buna da bax: Apple şirkətinin rəhbəri sərvətini xeyriyyəyə ianə edəcək

Buffetin 2006-cı ildən bəri bütün xeyriyyə fondlarına verdiyi ianələrinin ümumi həcmi isə 24,3 milyard dollar təşkil edir.

Səhmlərin ianə edildiyi xeyriyyə fondları adətən öz fəaliyyətlərini maliyyələşdirmək üçün onları satır. Elə Buffettin özü də pullarının xərclənməsini istədiyini deyib. Buffett bundan başqa digər xeyriyyə qurumlarına da kiçik ianələr edir.

Buna da bax: Bill Gates dünyanın ən varlı adamı olaraq qalır

"Forbes" jurnalının verdiyi məlumata "Berkshire" şirkətinə 1965-ci ildən bəri rəhbərlik edən 85 yaşlı Buffett dünyanın üçüncü ən varlı insanıdır.

Buffet 2006-cı ildə illik ianələrə başlamazdan Berkshire şirkətinin səhmlərinin 32,3 faizinə malik idi. İndi isə onun əlində səhmlərin 18 faizi var.

Buna da bax: Buffet Heinz-i alır

"Forbes"un hesablamalarına görə ianələrdən əvvəl Buffettin varidatı 68,4 milyard dollar olub. Həmin vaxt o təkcə 77,6 milyard dollarlıq varidata sahib Bill Gatesdən və 74 milyard dollarlıq varidatın sahibi ispan pərakəndə satış maqnatı Amancio Ortegadan geri qalırdı. Buffettdən sonra "Amazon.com Inc"in yaradıcısı Jeff Bezos gəlirdi. Onun 64,3 milyard dolları var.

Buna da bax: Sələfilər kimdir və adamlar niyə onlara qoşulmaq istəyir?

Sözügedən digər dörd fond isə Warren Buffettin vəfat etmiş xanımının adını daşıyan Susan Thompson Buffett Fondu, habelə onun uşaqlarının təşəbbüsü ilə yaradılmış Howard G. Buffett, Sherwood və NoVo Fondlarıdır.

Buna da bax: "Forbs" milyarderlərin siyahısını çap edib...

"Microsoft Corp"un yaradıcısı Bill Gates öz yaxın dostu hesab etdiyi Buffetti 25 ildir ki, tanıyır. Gates həm də "Berkshire"in direktorlarından biridir.

İanələrini hər ilin iyul ayında edən Buffett hər il məbləği ötən ildəkinə nisbətən 5 faiz azaldır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG