Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:10

"Forbs" milyarderlərin siyahısını çap edib...


Oxucu "Forbes" jurnalının Rusiya nəşrini alır, 22 aprel 2005
Oxucu "Forbes" jurnalının Rusiya nəşrini alır, 22 aprel 2005
Rusiyada polad və neftin qiymətlərinin qalxması, Çində və Hindistanda iqtisadi bum dünyada milyarderlərin sayını artırıb.

ABŞ-ın "Forbs" jurnalının yeni milyarderlər siyahısına da 74 milyardlıq varidatı ilə Meksikada telekommunikasiya maqnatı Carlos Slim başçılıq edir. O, ikinci ildir ki, dünya üzrə sayı 1209 nəfər olan milyarderi qabaqlayır. 2010-cu illə müqayisədə Carlos Slim varidatını 20,5 milyard dollar artıra bilib.

"Microsoft"un təsisçisi Bill Gates 56 milyardlıq sərvəti ilə ikinci yerdə gəlir. Keçən il onun varidatı 53 milyard olub.

Sərmayədar Warren Buffett yenə də 50 milyardlıq kapitalı ilə üçüncü yerdə gəlir. O, öz var-dövlətini ötən il 3 milyard dollar artırıb.

Jurnal yazır ki, Çin milyarderlərinin sayını iki dəfə artırıb, Rusiya və Braziliya da əsaslı sıçrayış edib. Birinci dəfədir ki, milyarderlər klubuna ABŞ-dan savayı başqa ölkələr də 100-dən çox milyarderləri ilə daxil olub. Əvvəlki illər 100-dən çox milyarderi olan ölkə təkcə ABŞ idi. “Forbes”in sonuncu siyahısına görə Rusiya və Çin də bu kluba 100-dən çox milyarderin adını “sala bilib”. Siyahıda Rusiyanın 101, Çinin isə 115 milyarderinin adı var.

Jurnala görə son illər Asiya və Sakit Okean regionu ölkələrində varlananlar daha çox olub. Bu regionda artıq 332 milyarder yaşayır. Onların 105-i siyahıya təzə qoşulur. Bu adamlar daha çox səhmdar cəmiyyətlərdəki paylarının qiymətinin yüksəlməsinə görə milyarderlər siyahısına daxil olublar.

Bu dəfə Hindistan 6 milyarderi ilə bu siyahıya düşüb. Onların sərvətlərinin ümumi dəyəri 55 milyard dollardır.

“Forbes” qeyd edir ki, dünyada enerji, dəb, pərakəndə satış, istehsalçılıq yeni milyarderlərin yaranmasına səbəb olub.

Dünya milyarderlərinin var-dövləti 25 faiz artıb, 4,5 trillion dollar olub. 47 adam siyahıdakı əvvəki yüksək yerini itirib, 10 nəfər isə ölüb. Qadın milyarderlərinin sayı 89-dan 102-yə çatıb.

“Forbes” yazır ki, dünya iqtisadiyyatı bərpa olunur, amma bu, hələ də hər yerdə görünmür.

Avropada milyarderlərin sayında artım var. Amma nümunə göstəriləsi Rusiyadır. ABŞ-da artım çox az olub. Yaponiyanın isə iqtisadiyyatının ölçüsü ilə müqayisədə milyarderlərinin sayı azdır.

ABŞ-da milyarderlərin sayı 413 nəfərdir. Amma keçən il onların sayı 10 nəfər az - 403 idi. Yeni onluğun arasında Facebook milyarderləri Sean Parker, Eduardo Saverin and Dustin Moskovitz də var.

26 yaşlı Moskovitz həm də ən gənc milyarderdir. Onun sərvəti 2,7 milyard dollardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG