Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:23

İraqa müdaxilənin bəraəti varmı?- 7 illik araşdırmanın nəticəsi


Iraq - Səddam Hüseynin heykəli uçurdulur, 9 aprel 2013
Iraq - Səddam Hüseynin heykəli uçurdulur, 9 aprel 2013

►Bu yeddi il ərzində 150 şahidi dindirilib və 150000 sənədi təhlil edilib

2003-cü ildə İraqa müdaxilənin başlandığı şərait və bu müdaxilədən öyrənilmiş "dərslərin" üzə çıxarılması məqsədilə Britaniya hökumətinin sifarişi ilə başlanmış yeddi illik araşdırma nəhatət ki, başa çatıb.

Çıxan nəticə isə budur ki, ölkənin o zamankı rəhbərliyi müharibəyə "tərk-silah üçün dinc üsulların tükənmədiyi" şəraitdə, qeyri-səhih məlumatlara və "tamamilə qeyri-adekvat" planlaşdırmaya arxalanaraq gedib.

"Chilcot Araşdırması" adı ilə tanınan bu araşdırma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da irad tutub.

Belə ki, BMT TŞ hərbi müdaxilə üçün çoxluğun dəstəyini almalı olduğu halda bunu etməyə nail olmamışdı.

BMT TŞ-nın 2002-ci ildə qəbul etdiyi 1441 saylı qətnamədə deyilirdi ki, İraq liderinə bütün kütləvi qırğın silahlarını bəyan etmək və tərk-silah olmaq, yaxud da "ciddi nəticələrlə üzləşmək" üçün "son imkan verilir". Bir çoxları məhz bu ifadəni hərbi əməliyyatlar üçün yaşıl işıq kimi dəyərləndirirlər.

Britaniyanın o zamankı leyborist baş naziri Tony Blair "əlində kütləvi qırğın silahları olan terrorçu qrupların yaratdığı real və mövcud təhlükə" barədə xəbərdarlıq edərək ABŞ-ın İraq lideri Səddam Hüseyni devirmək məqsədilə başladığı müdaxiləyə qoşulmuşdu.

Araşdırmanı aparan komitə belə nəticəyə gəlib ki, Blair İraqa müdaxilənin başlanmasından səkkiz ay əvvəl ABŞ-ın o zamankı prezidenti George W. Busha söz verib ki, "nə olur-olsun, mən sənin yanında olacağam".

Bundan sonra o, İraq rəhbərliyi heç bir aşkar təhlükə törətmədiyi halda Böyük Britaniyanı müdaxiləyə cəlb edib.

Tony Blair Londondakı mətbuat konfransında, 6 iyul, 2016
Tony Blair Londondakı mətbuat konfransında, 6 iyul, 2016

Britaniyanın təzəcə istefa vermiş baş naziri David Cameron da Chilcot Araşdırmasına münasibət bildirib.

O deyib ki, o zaman hərbi əməliyyatların leyhinə səs vermiş şəxslər də günahkardırlar. Cameron gələn həftə Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasında iki günlük debatın keçirilməsinə çağırıb. O həmçinin qeyd edib ki, belə qərarların verilməsi zamanı hətta siyasətçilərin "prosesi" düzgün anladığı halda da hərbi uğurun əldə ediləcəyinə təminat olmur.

Təşəbbüsə rəhbərlik etmiş keçmiş məmur John Chilcotun adını daşıyan araşdırma bu yeddi il ərzində 150 şahidi dindirib və 150000 sənədi təhlil edib.

İyulun 6-da Londonda hesabatın nəticələrini təqdim edən Chilcot bildirib ki,

"Britaniya tərk-silah üçün dinc üsullar tükənməmiş İraqa müdaxilə kampaniyasına qoşulmağı seçib. O zaman hərbi əməliyyat sonuncu çıxış yolu deyildi."

Bu hesabat 2007-ci ildə vəzifəsindən istefa vermiş Tony Blairin nüfuzu üçün xoş bir şey deyil. Blair öyən il "planlaşdırma zamanı yol verilmiş bəzi səhvlərə görə", "rejimi devirəndən sonra nələrin baş verə biləcəyi barədə anlayışlarımız baxımından yol verdiyimiz səhvlərə görə" üzr istəyib. Ancaq 63 yaşlı Blair həmçinin əlavə edib ki, "Səddamın devrilməsinə görə üzr istəmək ona çətin gəlir".

Chilcot deyib ki, Britaniyanın İraqdakı hərbi əməliyyatları üçün qanuni baza qətiyyən qənaətbəxş olmayıb.

___________________________________________________________

Bunlara da bax:
'Mənə satılan evi başqası təmir edir...'
Gey imam Abdullah: 'Quranda homoseksuallara qarşı heç nə deyilmir'

____________________________________________________________

Blair hesabata cavab olaraq deyib ki, onun İraqdakı fəaliyyəti "vicdana" əsaslanıb və o, ölkəsinin maraqlarına uyğun olduğunu düşündüyü addımları atıb.

O əlavə edib ki, "hər hansı səhvlərə görə istisnasız və bəhanəsiz bütün məsuliyyəti" qəbul edir.

Blair bundan başqa itirilmiş həyatlara görə "dərin təəssüf" hissi keçirdiyi deyib və Britaniya silahlı qüvvələrini yad edib.

İraq müharibəsi Britaniyada və müharibədə iştirak etmiş onlarla ölkənin bir çoxunda hələ də müzakirə olunan və siyasətçilər arasında parçalanmaya səbəb olan bir mövzudur.

İyunun 6-da hesabatın təqdimatı zamanı müharibəyə qarşı çıxan qüvvələr Londonun Konqres Mərkəzinin qarşısına axışdılar. Nümayişçilərin bəziləri hətta Blairin müharibə cinyətlərinə görə mühakimə edilməsini tələb etdilər.

2003-cü ildə İraq müharibəsində həyatını itirmiş 179 britaniyalı hərbi qulluqçunun ailə üzvləri də komitənin nəticələrini dinləmək üçün Londona toplaşmışdı.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Buna da bax: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında- 7 iyul

Gürcüstan hələ də beynəlxalq uçuşlar üçün daha sərfəlidir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG