Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:49

-

İraqda intiharçı hücumunda azı 213 nəfərin ölümünə görə üçgünlük matəm davam edir. Həmin hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması üzərinə götürüb. Hücumda 200-dən çox insan yaralanıb.

Əhali hökumətin yetərincə təhlükəsizlik tədbirləri görmədiyini bildirir.

Bağdad iyulun 4-də beş “terrorçu”nun edam olunduğunu deyib. Daha 40 yaraqlı isə saxlanıb.

Karrada rayonunda ticarət mərkəzində ölənlərin meyitləri hələ də axtarılır. Partlayış iyulun 3-də törədilib, Ramazan bayramı öncəsi ticarət mərkəzi alıcıyla dolu olub.

Baş nazir Haider al-Abadi təhlükəsizlik sahəsindəki boşluqların aradan qaldırılacağını söyləyib.

Bir həftə öncə İraq qüvvələri Fəllücə şəhərini İŞİD-dən alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG