Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Bakı Apelyasiya Məhkəməsi noyabrın 16-da vəkil Aslan İsmayılovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (“bandotdel”) şikayətini təmin etməyib.

Vəkil adıçəkilən idarənin əməkdaşlarının onu təhqir və fiziki təzyiqlərə məruz qoyduğunu iddia edir.

Buna da bax:​ Daha bir vəkil mantiyasını çıxara bilər

Şikayətə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb. A. İsmayılov məhkəmədə çıxışı zamanı bildirib ki, 2013-cü ilin mayın 30-da adıçəkilən idarənin müstəntiqi onu çağırıb. İdarədə ona fiziki güc tətbiq edilərək təhqir olunub. Hətta ölümlə hədələnib.

Vəkil hadisədən sonra Bakı Şəhər Prokuroru Əziz Seyidova, Daxili İşlər Nazirliyinə müraciət edib, ancaq nəticəsi olmayıb. Üz tutduğu qurumlar olayla bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərarını veriblər. Vəkil bu üzdən məhkəməyə müraciət etməli olub. Yasamal Rayon Məhkəməsi də onun şikayətini təmin etməyib.

Buna da bax: "O idarə daim işgəncə verməklə məşğuldur"

Prosesdə iştirak edən Bakı şəhər prokurorluğunun nümayəndəsi Əlizadə Cavid vəkilə xəsarət yetirilməsi barədə tibbi ekspertiza rəyinin olmaması səbəbindən onun şikayətinin rədd edildiyi haqda məlumat verib.

Rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb.

A. İsmayılov qərarı qanunsuz saydığını, Ali Məhkəməyə şikayət edəcəyini bildirib.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG