Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin


TV-lər arxiv fotosu

TV-lər arxiv fotosu

20:43 11.12.2015

Bu günki AzadlıqLive-da:

BMT Azərbaycanı işgəncələrə görə tənqid edir, məhbus valideynləri imdad diləyir,rəsmilər isə inkar edir...

Televiziyalarda Azərbaycan dilinin durumu. Monitorinq nəyi göstərdi? Nəsimi adına dilçilik institutunun şöbə müdiri Qulu Məhərrəmli əsas nəticələrdən danışır

23 neftçi hələ də itkindir

Eks-bankir Cahangir Hacıyev 400 milyondan 200 milyonunu qaytarb. Vəkil Aqil Layıcovla söhbət

16:54 11.12.2015

Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Milli Televiziya və Radio Şurası(MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dekabrın 11-də televiziya kanallarında apardığı monitorinqin nəticələrini açıqlayıb.

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə monitorinqin nəticələri barədə AzadlıqRadiosunun suallarını cavablandırır.

- Birinci növbədə məlum oldu ki, bizim TV-lərdə çalışan gənc həmkarlarımız Azərbaycan dilinin qaydalarını lazımi səviyyədə bilmirlər. Ona görə də danışanda, yazanda, oxuyanda ciddi nöqsanlara yol verirlər. Televiziya dili daha çox səsli dildir, canlı şəkildə sözü ifadə edəndə orfoepiya qaydalarına əməl edilməlidir. Məlum oldu ki, bəziləri tələffüz qaydalarını pozurlar. İkincisi, daha çox diqqəti cəlb edən odur ki, Azərbaycan dilinin qaydalarına uyğun olmayan cümlə quruluşundan istifadə olunur. Sonra, sözlərdə artıq şəkilçi işlədilir, məsələn, “sakitlik” əvəzinə “sakitçilik”, “narahatlıq” əvəzinə “narahatçılıq” deyilir. Belə bir tendensiya gedir, buna yol vermək olmaz. Söz sırası pozulur, məsələn, “Amerikanın 5 əsgəri” demək əvəzinə, “5 Amerika əsgəri”, deyilir. Təyini söz birləşmələrinin arasına bəzən ehtiyac olmayan sözlər əlavə edilir, cümlə dolaşıq mənaya çevrilir, tamaşaçı da başa düşmür ki, söhbət nədən gedir. Bundan başqa, cümlədə uzlaşma qaydaları pozulur, bəzən görürsən ki, bir cümlədə bir neçə zaman işlədilir. Əlbəttə, monitorinqdən, adını bu siyahıda görməkdən narazı qalanlar var, amma biz də istəyirik ki, efir qarşısına çıxan şəxs dillə bağlı məsuliyyətini dərk etsin.

15:49 11.12.2015

Ukrayna parlamentində dava

Ukrayna parlamentində dava düşüb. Hökümət başçısı Arseniy Yatsenyuk çıxış edərkən Petro Poroshenko blokundan olan və hökumətin istefasına imza toplayan deputat Oleq Barna Yatsenyuka qızılgül buketi gətirib və onu tribunadan salmağa çalışıb.

Poroshenko blokunun sədri Yuri Lutsenko Barnanın hərəkətinə görə üzr istəyib. Yatsenyuk isə deyib ki, "debillər çoxdur". Ətraflı

14:28 11.12.2015

Mədət Quliyev "250 yararsız əməkdaşı işdən çıxarıb"

Milli təhlükəsiz nazir səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirb ki, son vaxtlar MTN-də boşalan vəzifələrə hələ təyinatlar olmayıb: “Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkilolunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır”. Bunu Trend xəbər verir.

Daha sonra M. Quliyev əlavə edib ki, vəzifəyə təyin olunandan 250 yararsız əməkdaşı işdən çıxarıb.

M. Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG