Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:13

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

23:18 16.1.2015

AzadliqLive 16 yanvar proqramını burada dinlə

Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid
Diqqət! Növbəti proqram yanvarın 19-da saat 20.00-20.30-da olacaq. Həmin günün mövzuları və günün sualını əvvəlcədən burada izləmək olar. Gələn həftə görüşənədək. Azadliqda qal!
11:43 14.1.2015

XƏDİCƏNİ AZAD ETMƏYƏ ÇAĞIRIR

ABŞ Nümayəndələr Palatasının üzvü, Palatanın Avropa, Avrasiya və Yeni yaranan Təhlükələr üzrə Altkomitəsinin sədri Dana Rohrabacher Azadlıq Radiosuna qarşı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın ABŞ müttəfiqi olması bildirilir, lakin söz azadlığına hücumlardan sonra Azərbaycan-ABŞ münasibətlərinin müzakirə olunmasına ehtiyac yarandığı qeyd edilir.

Höküməti Xədicəni azad etməyə çağıran ABŞ siyasətçisi, belə bir addımı Azərbaycanın xoş məramının nişanəsi ola biləcəyini yazır. AzadlıqRadiosunun Bakı bürosuna hücumu söz azadlığının pozulması kimi qiymətləndirən Dana Rohrabacher bildirir

"Mətbuat və ifadə azadlığı istənilən hökumətin vətəndaşları ilə əlaqə qurması və irəliləyişi zərbə altında qoyan korrupsiyanın əngəllənməsi üçün vacibdir. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa, Avrasiya və Yeni yaranan Təhlükələr üzrə Altkomitəsinin sədri kimi ümid edirəm ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmə keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu ərazilərin müəyyənləşməsinə yardım edəcək".

Ətraflı burada oxu

20:10 13.1.2015

Bakıda Rusiya mediasının bürosuna hücum edən yoxdur


Azərbaycandakı xarici media mənzərəsinə nəzər salanda, Rusiyanın bir neçə rəsmi qəzet və xəbər agentliyinin, hətta İranın rəsmi xəbər agentliyinin Bakıda təmsilçiliyinin olduğunu görmək mümkündür, onlara hücum etmək, onların maliyyələrini yoxlamaq haqda heç kim düşünmür. ABŞ-ın media nümayəndəliyi isə bağlanır. Bu fikri yanvarın 12-də Vaşintonda keçirilən müzakirələrdə AzadliqRadiosu Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev səsləndirib. Ətraflı burada oxu

17:39 13.1.2015

İkiüzlü özünüzsünüz!!!!

"Azərbaycan" qəzetinin Barack Obama haqda məqaləsini şərti olaraq belə qiymətləndirmək olardı. ABŞ prezidentinin verdiyi vədlərə əməl etmədiyini yazan qəzet iddia edir ki, cənab Obama nəinki sözlərinin üstündə durmadı, ənənəvi müttəfiqi olan ölkələri də qan çanağına çevirdi. Qəzet Misirdəki, Ukraynadakı etirazlarda ABŞ izi axtarır.

Məqalə “Barak Obamanın ikiüzlülüyü” adlanır və Nyu-York Taymsın redaktorlarının fikrini ifadə edən məqaləsindən dərhal sonraya təsadüf edir. Maraqlıdır ki, ABŞ-ın aparıcı mediasında çıxan yazının başlığında da ikiüzlü ibarəsi işlədilir, amma İlham Əliyevin siyasətinin ünvanına.

Davamı

XS
SM
MD
LG