Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

►“Ev alışır, yanır, 3 saatdan sonra yanğınsöndürənlər gəlib çıxır."

“Kənddə tibb məntəqəsi yoxdur. Mədəniyyət evi yoxdur. Məktəb yararsız vəziyyətdədir. Uşaq bağçası yoxdur”.

“QADINLARIMIZ YOLLARDA DOĞUR”

Ağcabədinin Şənlik kəndi 1950-ci ildə qurulub. Hazırda kənddə azı 4 min insan yaşayır.

Kənd sakini Hacı Əsədov deyir, adı “Şənlik” olsa da, burada şən, üzü gülən insan tapmaq çətindir.

Gündəlik sosial problemlər kəndliləri çox sıxıb.

Deyir, bu kənddə yaşayanların gözlərindən kədər, alınlarından qırış əskik olmaz:

“70 ilə yaxındır bu kəndi ayaq üstə qaldıra bilmirlər. Yenə, heç olmasa, Sovetin vaxtında dövlət kəndə görüm-baxım edirdi. Sovet dağıldı, birinci bu kəndin yolları dağıldı. Kəndlə rayon mərkəzini birləşdirən 8 kilometrlik yolu azı iki saata qət edirik. Ev alışır, yanır, adamlar yığılır, söndürür, ya məsələn, heç söndürə bilmir, ev külə dönür, bir də baxırsan ki, 3 saatdan sonra yanğınsöndürənlər gəlib çıxdı. Ağır xəstələrimizi rayon xəstəxanasına çatdıra bilmirik. Ayıb da olmasın, qadınlarmız yollarda doğur”.

Sakin deyir, Şənlik kəndi də daxil olmaqla, bir neçə kəndin yolunun təmir-bərpasına 2 milyon 700 min manat ayrılsa da, bu vəsaitdən Şənliyin yollarına bircə maşın çınqıl da düşməyib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

BULAĞA GÖRƏ 30 MİN MANAT TOPLANIB

Kənddə su problemi də var. 2 il əvvəl icra hakimiyyəti bu problemi kəndlilərin hesabına yoluna qoymaq istəyib. Məbləğ tam toplansa da, problem yarımçıq həll olunub:

“Kənddəki bulaq 2014-cü ildə qazılıb. Buna görə sakinlərdən 30 min manat toplanıb. Ancaq bulaq 400 metr yox, 240 metr qazılıb. Ona görə də bulağın suyu istifadəyə yararsızdır. Yalnız pal-paltar yumağa və həyətyanı sahəni sulamağa istifadə olunur. İçməli suyu isə maşınla alırıq. Ya da kənddən 3 kilometr aralıda Sovet vaxtı çəkilmiş bir su xəttindən gilə-gilə axan su toplayırıq”.

Sakin deyir, bir vedrə suya görə bəzən adamlar gecə yarıya kimi növbə tutmalı olurlar.

Ağcabədi Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, bu il martın 9-da qurumun başçısı Şahin Məmmədov Şənlik kəndində olub və sakinlərlə görüşüb. Kənd sakinləri başçını kənddəki sosial problemlərlə tanış ediblər. Başçı da kənddəki su, yol və başqa problemlərin həlli üçün idarə rəhbərlərinə tapşırıqlar verib.

Buna da bax: Tofiq Yaqublu: Bizim buraxılmağımızla ədalət bərpa olunmur

Günün bütün mövzuları

XS
SM
MD
LG