Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:54

Qlobal böhranın zərbəsi şairlərə dəydi


Britaniya hökumətinin büdcə kəsirini azaltmaq üçün atdığı radikal addımlar şairlərə də təsirsiz ötüşməyib.

Britaniya İncəsənət Şurası ölkənin ən nüfuzlu şairlər birliyi - Poetry Book Society-yə onilliklərdi ayırdığı vəsaiti kəsib.

Bu birliyi - poeziyanın təbliği üçün 1953-cü ildə məşhur ingilis şairi T S Eliot və dostları təsis etmişdilər.

İncənət Şurasının üzvlərindən biri bu qərarı birliyin gördüyü işlərin - dövlət yardımı üçün müraciət edən və incəsənətin başqa növlərini təmsil edən birliklər qədər geniş kütlələri əhatə etməməsi, effektiv olmaması ilə əsaslandırıb.

Birliyə hər il 110 min funt sterlinqdən çox pul ayrılırdı.

Şuranın yardımı kəsmək qərarı o deməkdir ki, 2012-ci ildən etibarən Poetry Book Society öz fəaliyyətini dayandırmağa məcbur olacaq, o cümlədən onun hər il ən yaxşı şeir kitabına verdiyi T S Eliot Mükafatının da "kitabı bağlanacaq".

Bu Britaniyanın ən nüfuzlu poeziya mükafatıdır və dəyəri 15 min funt-sterlinqdir.

Bundan başqa birlik "Bulletin" adlı poeziya jurnalı da buraxır.

Poetry Book Society bu qərarı ölkə şairlərinə və şeirsevərlərinə böyük zərbə adlandırır.

Birliyin üzvləri indi imza toplayır və mətbuatda aktiv kampaniyaya başlayaraq ictimai qınağa məruz qoymaq yolu ilə Britaniya İncəsənət Şurasını öz qərarını dəyişməyə məcbur etməyə çalışırlar.

Poetry Book Society-nin rəhbərlərindən olan Mary Tapissier "Times" qəzetində çap etdirdiyi yazısında birliyin effektiv olmaması arqumentini rədd edir.

Onun bildirdiyinə görə, Poetry Book Society-nin rəsmən tövsiyə etdiyi şeir kitablarının tirajı 1700 nüsxəyə çata bilir.

Bundan başqa Poetry Book Society ictimaiyyətə müraciət edib ki, onlara dəstək vermək istəyənlər imzalarını verməklə yanaşı həm də birliyə üzv olsunlar.

Həmçinin
Eliot mükafatını kim qazandı?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG