Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48
Britaniyanın nüfuzlu Eliot mükafatı “Su masaları” şeir kitabının müəllifi Filip Qrossa verilib.

Üz qabığında okeanda əriyən buzlaq parçalarının şəkli olan şeir kitabı ötən ilin sonu nəşr olunub.

Amma demək olmaz ki, müəllif - mükafat uğrunda mübarizə apardığı digər üç şair Alice Oswald, Sharon Olds və Christopher Reid qədər məşhurdur.

O, Qlamorqan Universitetinin filologiya professorudur.

“Su masaları” kitabında metafizik, dini və siyasi mövzuda şeirlər toplanıb, amma onların hamısının bir obraz – su birləşdirir.

Üç şairdən ibarət münsiflər heyətinin rəhbəri Simon Armitac deyib ki, “Su masaları” sadəcə su mövzusunda şeirlərin toplusu deyil, “vahid bir kitabdır”.

Şeir kitabı suyun gətirdiyi bəla – daşqından başqa iqlim dəyişikliyi, insanın planetdəki “kövrək” yeri, sənətin mahiyyəti və s. haqqında da danışır.

Eliot mükafatının qalibinə təxminən 25 min dollar verilir.

Bu vəsait mərhum Tomas Sternz Eliotun 82 yaşlı xanımı Valeri Eliot tərəfindən ayrılır.

Filip Corca da mükafatı o, təqdim edib.

Bir çoxları Nobel ödüllü Eliotu (1888-1965) ingilisdilli ölkələrin 20-ci əsrdə yetirdiy ən böyük şair sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG