Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:24

Azərbaycan səfiri Dövlət Departamentinə çağırılıb


«Dövlət katibinin müavini hökuməti demokratik islahatlar keçirməyə çağırıb»
«Dövlət katibinin müavini hökuməti demokratik islahatlar keçirməyə çağırıb»

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev noyabrın 21-də Dövlət Departamentinə çağırılıb. Dövlət katibinin müavini Daniel Frid Azərbaycan tərəfinə mətbuatın vəziyyəti və jurnalistlərin həbsi ilə bağlı ABŞ hökumətinin narahatlığını çatdırıb. Bu barədə «Turan»a diplomatik mənbələrdən bəlli olub.


ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Conatan Henik isə «Azadlıq» radiosuna bildirib ki, görüşdə Azərbaycandakı son hadisələr, xüsusilə də media azadlığı və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi məsələləri müzakirə edilib: «Dövlət katibinin müavini bu hadisələrdən narazılığını bildirib və Azərbaycan hökumətini demokratik islahatlar keçirməyə çağırıb».


Hazırda Azərbaycanda doqquz jurnalist həbsdədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG