Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

«Səfirimizin Dövlət Departamentində danışıqlar aparması normaldır»


X.İbrahim deyir ki, regiondakı digər dövlətlərlə müqayisədə Azərbaycanda vəziyyət pis deyil

X.İbrahim deyir ki, regiondakı digər dövlətlərlə müqayisədə Azərbaycanda vəziyyət pis deyil

«ABŞ-dakı səfirimizin Dövlət Departamentində danışıqlar aparması normaldır».


Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Xəzər İbrahim «Azadlıq» radiosuna belə deyir. Onun sözlərinə görə, Azərbaycanla ABŞ müttəfiqdir, bir sıra sahələr üzrə mütəmadi dialoqlar aparılır: «Elə səfir də bütün məsələlər üzrə Dövlət Departamenti ilə təmaslar qurur. Bura təhlükəsizlik, hərbi-siyasi vəziyyət, insan hüquqları və başqa məsələlər daxildir. Biz konkret danışıqlar aparırıq, aramızda heç bir fikir ayrılığı yoxdur».


Söz və mətbuat azadlığıyla bağlı vəziyyətə gəlincə, XİN əməkdaşı hesab edir ki, regiondakı digər dövlətlərlə müqayisədə Azərbaycanda vəziyyət pis deyil: «Və bütün məsələlər qanun çərçivəsində həll olunmalıdır».


Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev noyabrın 21-də Dövlət Departamentinə çağırılıb. Dövlət katibinin müavini Daniel Frid Azərbaycan tərəfinə mətbuatın vəziyyəti və jurnalistlərin həbsi ilə bağlı ABŞ hökumətinin narahatlığını çatdırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG