Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:21

Liviyada Səddam Hüseynə heykəl qoyulacaq


Səddam Hüseynin İraqda uçurulan sonuncu abidəsi. Bağdad, 26 dekabr 2003-cü il
Səddam Hüseynin İraqda uçurulan sonuncu abidəsi. Bağdad, 26 dekabr 2003-cü il

Liviyada keçmiş İraq prezidenti Səddam Hüseynin dar ağacında asılmış vəziyyətdə heykəli qoyulacaq. Liviya hökuməti bəyan edib ki, heykəli Liviyanın milli qəhrəmanı Ömər-əl Muxtarın abidəsinin yanında ucaldacaqlar. Ömər-əl Muxtar İtaliya işğalı əleyhinə vuruşub və 1930-cu ildə asılıb.


Səddam Hüseyn edam olunan gün Liviya qurban bayramı tədbirlərini təxirə salıb, dövlət binaları bayraqları endiriblər.


Amerikanın prezidenti Corc Buş İraq hökumətini Səddamın edamını ətraflı araşdırmağa çağırıb, deyib ki, edam vaxtı nə baş verdiyini dəqiq öyrənmək lazımdır: «Səddam Hüseyn daha hörmətli formada edam oluna bilərdi».


ABŞ prezidenti vurğulayıb ki, bütün hallarda məhkəmənin Səddam Hüseyn haqqındakı qərarı ədalətli idi: «O, özü minlərlə insanı mühakiməsiz öldürüb».


Keçmiş İraq prezidenti Səddam Hüseyni edamından qabaq ələ salıblar. Bu səhnəni edamda iştirak edənlərdən biri telefonun kamerasına çəkib. İraq hökuməti həmin səhnəni videoya çəkməkdə şübhəli bildiyi bir nəfəri saxlayıb.


Səddam Hüseyni 2006-cı ilin dekabrın 30-da asıblar. İraq məhkəməsi onu bəşəriyyətə qarşı cinayətkarlıqda ittiham edib, barəsində ölüm hökmü çıxarmışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG