Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

Gəncədə onkoloji xəstələr üçün Şüa Korpusu istifadəyə verilib


Gəncə şəhər Onkoloji Dispanserində müasir dünya standartları səviyyəsində inşa olunmuş Şüa Korpusu istifadəyə verilib.

Korpusda Çexiya Respublikasında istehsal olunmuş «Terabalt» teleqrammaterapevtik aparat quraşdırılıb.

Korpusun açılış mərasiminə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Avropa üzrə nümayəndəliyinin rəhbəri Andrey Çupov və Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli də qatılıblar.

Korpus «Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə» 2006-cı ildə qəbul olunmuş tədbirlər planına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təsis olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG