Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Şirvanda polis dükanları bağlayıb


Aprelin 7-də polislər Şirvan şəhərindəki «köhnə bazar» deyilən ərazidə fəaliyyət göstərən mağazaların hamısını bağlayıblar.

Bu barədə AzadlıqRadiosuna mağaza sahibləri məlumat veriblər.

Sahibkarlar hesab edirlər ki, şəxsi mülkiyyətləri olan mağazalardan çıxarılmaları tam qanunsuzdur.

Mağazaları bağlanılan sahibkarlara yeni tikilən «Şirvan» Ticarət Mərkəzində yerlər təklif edilir.

Sahibkarlar isə deyirlər ki, onlar bir müddət əvvəl həmin mərkəzdə çalışıblar, amma alver zəif olub, icarə haqqına ödəyə bilmədiklərindən oranı tərk ediblər.

Şirvan şəhər Polis İdarəsindən isə məsələyə münasibət bildirmək istəmədilər.

Həmin sahibkarların biri qrupu aprelin 5-də Şirvanda aksiya keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG