Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:41

İşsiz jurnalistlərin sayının kəskin artacağı gözlənilir


«ANS»in işçiləri yenidən iş başındadırlar, 27 noyabr 2006
«ANS»in işçiləri yenidən iş başındadırlar, 27 noyabr 2006
«ANS mənim ailəmdir. ANS-lə başlayıb, ANS-lə də davam edəcəyik. Belə olacağı heç ağlıma gəlməzdi. Hesab edirəm ki, bu bir yanlışlıqdır. Azərbaycanın müstəqilliyi ilə eyni yaşda olan və Azərbaycan dövlətçiliyini hər şeydən üstün tutan bir telekompaniya, canlı tarix belə rahatçılıqla silinə bilməz». Bu, 13 ildir ki, ANS televiziyasında çalışan baş aparıcı redaktor Sevil Nuriyeva da ANS teleradio şirkətinin bütün işçiləri kimi hər səhər 10-nun yarısı işə gəlir. Onun kimi burada çalışan 150 nəfərdən çox əməkdaş hələ öz adlarını işsizlər siyahısında görmürlər. Onlardan hər biri yaxın günlərdə ANS televiziya və radiosunun yenidən yayıma başlayacağına inanırlar. Telekompaniyanın baş redaktoru Rüstəm Əbülfətoğlu deyir ki, ANS-in yayımı dayandırılsa da burada hamı iş başındadır. Müxbirlər öz mövzularını təklif edirlər, reportajlarını hazırlayırlar: «Biz bunu müvəqqəti bir problem kimi qəbul etdiyimiz üçün burdayıq və hətta müvəqqəti olmasa belə yenə də «ANS»çi olaraq burda qalacağıq».

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Qulu Məhərrəmli də inanır ki, ANS yenidən yayımlanacaq. Qulu Məhərrəmli deyir ki, hazırda ölkədə hər hansı bir kütləvi informasiya vasitəsinin fəaliyyətinin dayandırılması işsiz jurnalistlərin sayının kəskin artacağından xəbər verir: «Digər televiziya və radiolar yalnız öz dəsti-xətti ilə seçilən və çoxdan gözaltı etdikləri işçiləri qəbul edəcəklər. Amma, təəssüf ki, çox sayda həmkarlarımızın taleyində bu çox ciddi zərbə olacaq».


ANS-dən fərqi olaraq yerləşdikləri binadan çıxarılan «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyinin işçiləri isə hazırda gərgin şəraitdə fəaliyyət göstərdiklərini deyirlər. «Yeni Müsavat» qəzetinin redaksiyasında müvəqqəti məskunlaşan «Azadlıq»ın işçilərinin isə əvvəlki aylarla müqayisədə maaşları da kəskin azaldılıb. Amma, həm gərgin iş şəraiti, həm də məvaciblərin azaldılmasına baxmayaraq jurnalistlər öz iş yerlərini dəyişmək barədə düşünmürlər. 5 ildir ki, «Azadlıq» qəzetində çalışan Aytən Məmmədova deyir ki, hətta bir müddət maaşsız qalsa belə yenə də qəzetdə işləyəcək: «Mən əminəm ki, bu gərginlik dövründə hətta pul verilməməsi məsələsi gündəmə gəlsə belə bizim işçilər yenə də işləyəcəklər».


Həm «Azadlıq» qəzetinin, həm də «Turan» İnformasiya Agentliyinin məsul işçiləri də gərginliyə və maliyyə problemlərinə baxmayaraq heç bir əməkdaşı işdən çıxarmayacaqlarını deyirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG