Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:57

Ziyalılar ANS-lə bağlı prezidentə müraciət etdilər


ANS TV-nin studiyası, 24 noyabr 2006
ANS TV-nin studiyası, 24 noyabr 2006
Noyabrın 27-də bir qrup ziyalı ANS televiziyası və ANS ÇM radiosunun fəaliyyətinin bərpası məqsədilə prezident İlham Əliyevə müraciət edib. Anar, Arif Məlikov, Ramiz Mustafayev, Oqtay Mirqasımov, Rasim Balayev, Fərhad Xəlilov, Xuraman və Fidan Qasımovalar, Fuad Poladov, Fikrət Sadıq, Fərhad Bədəlbəyli, Xəyyam Mirzəzadə, Çingiz Abdullayev kimi ziyalıların imzaladığı müraciətdə ölkə başçısından bu problemin yoluna qoyulması xahiş edilir. Ziyalılar ANS-in səhvlərə yol verməsini istisna etməsələr də, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarının ölkənin televiziya palitrasına ziyan vurduğu qənaətindədirlər.

Həmin ziyalılardan biri aktyor Rasim Balayev: «Mən bilmirəm, orda nə xəta baş verib. Amma xəta baş veribsə, onu edənlər cəzalandırılmalıdır, kanal bağlanmamalıdır. Çünki bu telekanalın öz tamaşaçıları var».


Milli Televiziya və Radio Şurası noyabrın 24-də ANS ÇM radiosunun və ANS televiziyasının lisenziya müddətinin uzadılmaması və onların yayımının dayandırılması haqqında qərar qəbul edib. Şura bu qərarını ANS televiziya və radiosunun indiyədək olunan xəbərdarlıq və iradları nəzərə almaması ilə izah edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG