Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 16:24

Bloqqerin dönərini bölüşdüyü polislər [psixoloqla müsahibə]


Bloqqer Mehman Hüseynov sərbəst buraxıldı. 10 yanvar 2017.
Bloqqer Mehman Hüseynov sərbəst buraxıldı. 10 yanvar 2017.

“Mehmanın göz yaşları bizə deyir: gör biz bu ölkəni nə günə qoymuşuq!”

Azər Qaraçənli: “Biz ağlayırıq və biz haqlıyıq”

Bloqqer Mehman Hüseynov sərbəst buraxıldı. Ancaq polisdə olduğu müddətdə başına gələnləri danışan gənc bloqqerin sarsıldığı görünürdü. Nə idi onu sarsıdan?

Buna da bax:​ Mehman Hüseynov azad olundu: 'Başıma torba keçirdilər...'

Psixoloq və jurnalist Azər Qaraçənli AzadlıqRadiosu-na müsahibəsində həmin sualı cavablamağa çalışır:

Azər Qaraçənli
Azər Qaraçənli

– Mən onun saxlanılmasından bu gün (yanvarın 10-da) xəbər tutdum. Hələ onu kimlərin saxladığı, hara apardığı bilinmirdi. Çox həyəcan keçirdim. Bəlkə də bilsəydim polislər tutub, belə həyəcan keçirməzdim, axı naməlumluq psixoloji baxımdan çox ağır yükdür. Məhkəmə prosesindən sonra Mehmanın jurnalistlərə açıqlamasından belə çıxdı ki, tutulanda o da naməlumluq şəraitində olub. Yəni özü də bilməyib ki, nə baş verir. Bu, tutulan anda onun çəkdiyi fiziki iztirablardan heç də az iztirab deyil, bəlkə daha ağırdır. Mehmanın bu hadisədə həm fiziki, həm də mənəvi-psixoloji zərbə aldığı göz qabağındadır.

Buna da bax: Mehman Hüseynov: «Fəaliyyətimə davam edəcəm. Mən sınmamışam»

– O məhkəmədən sonra danışanda belə kövrəlirdi. Sizcə, səbəb fiziki və ya psixoloji ağrılar idi?

– Jurnalistlərə açıqlamasında Mehman ağlayırdı. Onun göz yaşları fiziki ağrıların özünün yox, həmin ağrılar haqda yaddaşın təzahürü idi. Çünki o ağrılar fiziki baxımdan az-çox geridə qalıb, amma mənəvi-psixoloji baxımdan hələ keçib getməyib. Mehman olduqca kəskin bir sarsıntı keçirib. Onun açıqlamasını sarsıntısız izləmək mümkün deyil. Biz Mehmanın yanında olub sarsılırıq. Çünki həmin anda, istər-istəməz, özümüzü onun yerində təsəvvür edirik. Mehmanın yerində olub sarsılmamaq isə mümkün deyil.

– Mehman Hüseynov ona göndərilən dönəri bölüşdüyü, zarafatlaşdığı polislərin az sonra məhkəmə zalında “üzünə durması”ndan daha çox təsirlənmişdi, deyəsən...

– İnsanda bir xüsusiyyət var: ağlayan adamı görəndə onu haqlı saymağa meyllənir. Amma ağlayan adam, əlbəttə, haqlı olmaya da bilər. Bu istisnanın yanvarın 10-dakı Mehman Hüseynova zərrə qədər də aidiyyəti yoxdur. Mehman ağlayır və o, yüz faiz haqlıdır. Bu, tam haqlı olan adamın göz yaşlarıdır. Mehmanın göz yaşları bizə deyir: gör biz bu ölkəni nə günə qoymuşuq! Mehmanın başına gətirilənlər illər uzunudur xalqımızın başına gətirilənlərin davamı və bir hissəsidir. Təəssüf ki, buna sonuncu hadisə kimi baxmağa əlimizdə əsas yoxdur. Amma bu hadisə bizi bir daha belə özbaşınalıqlara son qoyulmasını tələb etməyə çağırır. Buna son qoyulmalıdır. Belə olmaz. Biz ağlayırıq və biz haqlıyıq!

Buna da bax:​ Bloqqer: 'Paltarımın ciblərini çölə çıxarmışam, başqa yolum yoxdu'

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında dostlarından ayrıldıqdan az sonra naməlum şəraitdə yoxa çıxmışdı. Bundan xəbər tutan yaxınları polisə məlumat veriblər. Yalnız yanvarın 10-da səhər saatlarında onun polis tərəfindən saxlanıldığı bəlli olub.

O polisə müqavimətdə ittiham olunurdu. 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Hakim isə ona işgəncə verilməsi haqda deyilənlərin araşdırılmasını istəyib.

Bir qədər öncə bloqqerə hücum edilmişdi.

Buna da bax:​ Təxribatla üzləşən bloqqer: 'Məsuliyyəti hakimiyyət daşıyır'

Sancaq” prodakşnın rəhbəri olan Mehman Hüseynov nazirlərə, deputatlara, yüksəkvəzifəli şəxslərə aid olduğu deyilən mülklərlə bağlı videobloqlar hazırlayıb və bunlar yerli mediada, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Buna da bax:

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG