Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:51

Təxribatla üzləşən bloqqer: 'Məsuliyyəti hakimiyyət daşıyır'


Azərbaycan, Mehman Huseynov. Blogger
Azərbaycan, Mehman Huseynov. Blogger

“Mənə qarşı atılan hər bir addımın, hər bir təhlükənin arxasında bu hakimiyyət dayanır. Bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır. Səbəb jurnalist fəaliyyətim, hakimiyyəti və dövlət məmurlarını tənqid etməyimdir”.

Dekabrın 23-də küçədə təxribatla üzləşdiyi bildirilən bloqqer Mehman Hüseynov başına gələnləri açıqlayarkən belə deyib.

Bloqqer bildirib ki, dekabrın 23-də əvvəlcə bir, daha sonra isə dörd nəfər onu izləyib:

“Bu şəxslərdən biri düz gözlərimə baxaraq üstümə gəldi. Var gücü ilə mənim çiynimə vurdu və əlimdən yapışdı. Elə arxadakılar da biz tərəfə gəlməyə başldılar. Dərhal onun əlindən çıxıb qaçmağa başladım”.

Bloqqer hesab edir ki, onu davaya cəlb etmək və sonradan xuliqanlıqda ittiham etmək, ya da üstünə narkotik atmaq istəyirdilər:

Mehman Hüseynov, daha bir məmurun villası haqqında danışır
Mehman Hüseynov, daha bir məmurun villası haqqında danışır

“İllərdir mən bu hökümətin, nazirlərin, deputatların, məmurların maskalarını çıxarıb, onları ifşa edib xalqa təqdim etmişəm. Son vaxtlar isə yuxardakıların xalqdan oğurlanan pulları hara xərclədiklərini araşdırıb, məmurların mülklərini, biznes şəbəkələrini araşdırıb camaata göstərirdim”.

Mehman Hüseynovun qənaətincə, görünür, bu reportajlar onları qorxuya salıb:

“Amma xeyri yoxdur, mən dayanmayacağam, məmur özbaşnalıqlarına, qanunsuzluğa, saxtakarlığa göz yuman deyiləm".

Son vaxtlar Mehman Hüseynov facebook-dakı SANCAQ production səhifəsində bir sıra nazirlərin və deputatların olduğu bildirilən villalar haqqında videogörüntülər paylaşıb. Onlardan yalnız biri - əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bu görüntülərə reaksiya verib. Nazir 2017-ci ilin Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı məsələyə belə münasibət bildirib:

Səlim Müslumov, dekabr 2013
Səlim Müslumov, dekabr 2013

"Bakıdakı bütün villalalr mənimdir. Qoy çəksinlər. Altında da yazsınlar ki, Səlim Müslümovundur. Mən belə şər-böhtanlara qulaq asmıram. Kim nə istəyirsə, yazsın".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG