ABŞ-ın Virciniya universitetinin alimi Louis Bloomfield “Bu necə işləyir” adlı kitabında fizikanın qanunlarını formullarsız izah etməyə çalışarkən, bir yandan da gündəlik həyatda fizika qanunlarının necə işlədiyini izah edir. Biz bu kitabdan, məsəlçün yuyucu tozun paltarı necə ağartdığını, yaxud “ölüm ilgəyiylə” Amerika dağlarından tullanan adamların niyə yıxılmadığını izah edir. Professor Bloomfield atom energetikası və optika sahəsində işlərinə görə çoxlu mükafatlar alsa da indi elmin təbliği ilə məşğuldur. Oxu Zalı Louis Bloomfiel-din "T&P dərgisi"nə müsahibəsini ixtisarla təqdim edir.
- Siz iqtisadçılara, hüquqşünaslara, filoloqlara fizikadan ümumi məsələlərlə bağlı mühazirə deyirsiniz. Fizika bu elmlə məşğul olmayacaq bir tələbənin nəyinə lazımdır?
- Fikrimcə insan fizikanı anlamasa, ətraf aləmin necə işlədiyini anlamayacaq, özü həll edə biləcəyi həll etdirmək üçün daim başqalarına üz tutacaq. Heç nəyi özü təmir edə bilməyəcək, ya da özü nəsə yeni bir şey yarada bilməyəcək. Məsəlçün maşının xarab olanda donub qalacaqsan. Ya da su kranı xarab olanda suyun önünü kəsərək onu hara qaytara biləcəyindən xəbərsiz olsan onun qarşısında çarəsiz qalacaqsan. Bilməyəcəksən su hələ borudadır yoxsa yenidən sututara qayıdıb. Ya da ən yaxşı nümunə kimi mikrodalğalı sobanı göstərərəm. İnsanların çox hələ də ondan qorxur, elə bilirlər ora yeməyi qoyanda yemək korlana bilər ya da onun önündə dayansa şüalanar. Onun iş prinsipini bilməyən adamın ağlından min dənə fikir keçir: “Görəsən mkrodalğalı soba radioaktivdirmi? Evdə onu istifadə etmək təhlükəsizdirmi?”. Bax fizika bunu izah edir. Mikrodalğalı sobada yemək qızdırmağın heç bir təhlükəli tərəfi yoxdur, elə onun önündə dayanmaq da insana zərər verə bilməz.
Buna da bax: Osho, Krishnamurti, Əli Şəriəti... Bizə hansı yol göstərə bilər...
- İnsanların elementar elmi biliklərdən xəbərsiz olduqları üçün, hər gün etdikləri yanlışlıqlara misal gətirə bilərsinizmi?
- Dərhal ağlıma radiasiya yaydığı üçün telefondan ehtiyatlanan insanlar gəlir. Günümüzdə mobil telefonların sağlamlığa zərərli olduğu haqda heç bir sübut tapılmayıb. Hətta belə bir zərər olsa belə bu insanların həm telefonla danışması, həm də maşın sürməsi qədər böyük risk daşımır. Ya da məsəlçün insanların maşınlarına daha yüksək oktanlı benzin dolduraraq qabağa düşdüklərini düşünmələri də məni heyrətləndirir. Əslində böyük oktanlı benzinin maşına heç bir xüsusi xeyiri yoxdur! Bu əlavə xərcdən başqa bir şey deyil.
- Elmi populyarlaşdırmaq üçün hansı üsulunuz ən uğurlu olub?
- Mən bir il boyu Discovery kanalında “Yığım tələb olunur” (“Some Assembly Required”) adlı verilişin aparıcılarından biri olmuşam. Çəkiliş qrupumuz az qala hər şeyin istehsal olunduğu 25-30 zavod gəzdi. Mən orda prosesslərin elmi tərəfini izah edirdim. Məsəlçün: pəncərələrdə, vitrinlərdə və s. istifadə olunan nazik şüşənin necə istehsal olunduğunu izah etdim. Biz gitaranın, pianonun, boulinq topunun, qolf çubuğunun və hətta şokoladın necə düzəldiyini göstərdik. Bütün bunların ardında fizika dayanır. İnsanlar çətinliklə dərk etdikləri məsələlər haqda sadə izahlardan heyrətlənirdilər. Xokkey oyunu çoxlarının xoşuna gəlir, bu oyunun vurğunlarına rezin şaybanın temperaturaya necə reaksiya göstərdiyini, xokkey çubuğunu buzla hansı bucaq altında tutmaq gərəkdiyini biləndə buna böyük maraq göstərmişdilər. Bütün bunlar fizikadır.
Buna da bax: Azərbaycanda elmə 35 milyon manat qrant xərclənib - nəticəsi varmı?
- Sizcə, elmi populyarlaşdırmaq üçün çalışan bir fizikin təbiətində bir az da olsun aktyorluq olmalıdırmı?
- Bu həqiqətən də faydalıdır. Mən həmişə insanların arasındaykən fizikadan danışarkən oyunlar oynamağa başlayıram. Məncə alimlər öz hücrələrindən çıxıb, öz sahələrinə aid maraqlı hadisələri izah etməyə başlamalıdırlar, bunun üçün təkcə usta aktyor olmaq gərəkmir, həm də gərək insanları sevəsən və onları kömək etməyi ürəkdən istəyəsən. Bundan əlavə auditoriyanın nəyi bilim bilmədiyini öyrənmək, onlara yaxın olmağa çalışmaq da önəmlidir. Ümumiyyətlə tamaşaçılarının səndən qabaq nəyisə ətraflı bildiyinə ümüd bəsləmək olmaz. Gərək hər şeyi sıfırdan danışasan. Elə fiziklər də var ki, sanki sehirbazlıq edirlər, cürbəcür maraqlı hadisələri nümayiş etdirirlər, amma izah etməkdən boyun qaçırırlar. Əlbəttə bu yolla da maraqla qarşılanmaq olar, di gəl ki, bunun bir mənası yoxdur.
Louis Bloomfield telefiziyadakı verilişi vasitəsilə fiziki hadisələri izah edir.
- Yəqin ki, alimlər fəaliyyətlərini sadə insanlar üçün anlaşıqlı etmək üçün çalışsaydılar elmin təbliği prossesi çox-çox sürətlə gedərdi?
- Hə, mən də elə düşünürəm, alimlərin buna motivasiyası olsaydı bu iş yaxşı gedərdi. Amerikanın stimullar sistemi bu işə elə bir kömək olmur. Bizdə alimlərdən tədqiqatlar və başqa alimlər üçün əsərlər yazmaq tələb olunur. Onların kariyerası beləcə qurulur. Çox vaxt alimin göstərdiyi nəticələr əsas götürür, tutaq ki, 20 əsər yazmış alim, 10 əsər yazmış alimdən daha qabiliyyətli hesab olunur, daha yazılmış 10 əsərin dünyanın ən böyük əsərləri olması da vecə alınmır. Alimlər elmi geniş kütlələrə izah etməkdən heç nə qazanmır. Əgər onları elmi populyarlaşdırmağına görə mükafatlandırsaydılar, heç olmasa tərifləsəydilər hər şey fərqli olardı. Alimlər axır ki, dar elmi sferalardan çıxardılar.
- Necə düşünürsünüz, məktəblərdə fizikanı, kimyanı və biologiyanı ayrıca fənn kimi keçmək, yoxsaq hamısını bir fənn altında birləşdirmək daha düzgündür?
- Amerika məktəblərində yeddinci ya da səkkizinci sinfə qədər “Elm” dərsi keçilir, sonradan bütün elmlər ayrılır. Elə adamlar tanıyıram ki, bir neçə elmi birləşdirərək öyrənir, ola bilsin bunun da müəyyən mənası var. Təbii ki, müxtəlif elmlərin ortaq görşümə nöqtələri də var. Biologiyanın bir çox məsələlərini kimyadan ayrı öyrənmək mümkün deyil, elə kimyanı da fizikadan ayrı. Ancaq məncə hər elmin üzərində ayrıca diqqət toplamaq lazımdır. İndi universitetlərdə elmlərarası tədqiqatlar və kurslar aparılır. Doğrusu bunun mənasını görmürəm. Çalışdığım univerisitetdə “Fizika və biologiya”, “Fizika və iqtisadiyyat” yaxud “Fizika və rus ədəbiyyatı” kursları aparsaydım universitet rəhbərliyi bundan xeyli razı qalardı. Kiminsə illik hesabatında bu maraqlı görünə də bilərdi, ancaq bunun praktikada heç bir önəmi olmayan fikir yığını olduğuna əminəm. Bəli, fizika hər yerdə mövcuddur, ancaq onu öyrənmək üçün gərək praktikada məşğul olasan. Pianoda çalmağı öyrənmək istəyirsənsə, çal, ancaq pianonu, skripkanı və fleytanı eyni zamanda öyrənmək mümkünsüz bir şeydir.
Buna da bax: Amerikalı müəllim: Azərbaycan məktəblərində o yaradıcı mühiti görmədim
- Adətən fizika dərslikləri düsturlarla dolu olur, sizin kitablarınızda isə onlar çox azdır. Sizcə elmin əsaslarını onlarsız mənimsəmək mümkündürmü?
- Bəli, buna əminəm. Fikrimcə düsturlar əlinə fizika kitabı götürənləri ruhdan salır (yeri gəlmişkən, bu gələcək fiziklərə də aiddir). Hətta fizikanı öyrənib gələcəkdə bu elmlə məşğul olmağa qərar verənlərə də bəzən düsturların arasında itib-batır. Düstur baş verən prossesin riyasi modelidir. Əgər prossesi başa düşürsünüzsə, ona onu istədiyiniz vaxt düsturlara çevirə bilərsiniz. Ancaq bunun əksini etmək mümkün deyil. İnsan düşünməyə başlayır ki: “Bu “F” nədir, “m” nədir?” Axırda elə çıxır fizika elə düsturlardan ibarətdir. Təəssüf ki, bunun səbəbi alimlərin özlərinin də çox vaxt belə düşünməsindən irəli gəlir. Onların özlərini də beləcə öyrədiblər, ola bilsin prossesi çətin anlayırlar və izah edəb ilmirlər. Adətən onlardan izah tələb edəndə dərhal düsturlara qaçırlar, çünki bu yolla əməliyyat aparmaq onlara asan gəlir. Tələbələr isə dərhal düsturları əzbərləyir. Bir növ beyin işlətmədən rəqəmlərin yerinə hərfləri qoyaraq yadda saxlamağa çalışırlar.