Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:03

'Paşazadələrin mənə elədiklərini ermənilər eləməzdi...'


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

"Bunların mənə elədiyini ermənilər eləməzdi. Bütün ailəmi, həyatımı məhv elədilər...".

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində səslənən bu sözləri Müğdət Həşimov dilə gətirib.

Müğdət Həşimovun Bakıdakı özəl klinikaların birində Paşazadələrlə - Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvləriylə şərikliyi olub. O, ötən ilin avqustunda həmin şərikli klinikadan 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq, həbs edilib. Ona CM-in 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələriylə ittiham verilib.

Buna da bax:​ Paşazadələrlə şərikliyin sonu

"Onların elədiklərini Allah cəzasız qoymayacaq"

Müğdət Həşimov ittihamları qətiyyətlə rədd edir. O, dekabrın 7-dəki məhkəmə iclasında da bir daha təkrarlayıb ki, Paşazadələrin sifarişiylə həbs olunub: "Hələ həbsimdən bir neçə ay əvvəl təqib edirdilər. Məni işlədiyim klinikadan çıxaran Hacı Mazan oldu. Deyirdi ki, "tez ol, zir-zibilini ofisdən çıxar, Cavanşir bunları burada görməsin". Axı onlarla imzaladığım müqavilənin hansı şərtini pozmuşam? Klinikanın açılması üçün bankdan götürülən krediti də mən ödəyirdim. Məni klinikadan çıxarandan sonra Cavanşir Paşazadə deyirdi "700 min versin", ancaq bu məsələni təsdiqlətdirə bilmədi. İndi də 193 min istəyirlər. Mən burada dərman almağa pul tapmıram, dərmanları dostlarım alıb göndərir. Evim-eşiyim əlimdən çıxdı, nəyim vardısa, aldılar. Bir oğlum MTN-də işləyirdi, həbsimdən sonra onu ixtisara saldılar, o biri oğlum Maştağada dəlixanaya düşdü. Onun taleyindən indi də xəbərim yoxdur. Bu qədər haqsızlığı Allah götürər? Yaxşı bilirəm ki, artıq hökmüm hazırdır. Ancaq onu da bilirəm ki, onların bu elədiklərini Allah cəzasız qoymayacaq".

Buna da bax:​ «Allaşükür Paşazadənin qardaşı ilə bir yerdə gəldilər, dedilər bu ərazilər bizimdir...»

Müğdət Həşimovun ardınca Paşazadələrin yaxın adamı sayılan və "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalov ifadə verib. O, Müğdət Həşimovdan 263 min manat pul tələb edib: "193 min mənimsədiyi pulu, qalan avadanlığı versin. Üstəlik, mənə 70 min manat ödəməlidir, çünki bizə verdiyi avadanlıqlar köhnədir. Klinikada 1987-ci ilin narkoz aparatı var, onunla bir xəstəyə narkoz verdilər, öldü. Klinikadakı avadanlıqlar köhnədir, heç bir standarta cavab vermir. Amma yenisi olmalıydı".

500 min manat nəyə xərclənib?

Hakim bankdan götürülmüş 700 min manatlıq kreditin taleyini soruşarkən deyib ki, 7 min manatın bank xidmətlərinə xərcləndiyi, 193 min manatı da Müğdət Həşimovun mənimsədiyi iddia edilir, bəs qalan 500 min manat necə olub?

Ramazan Zeynalov "bilmirəm" cavabıyla kifayətlənib.

Buna da bax:​ Şeyxin qızı torpaq sahəsini zəbt etməkdə ittiham olunur

Müğdət Həşimovsa həmin vəsaitin klinikaya avadanlıq alınmasına xərcləndiyini söyləyib: "Mənə imkan vermədilər ki, işləyib, bankın borcunu ödəyim. Məni klinikadan çıxarandan sonra 4 ay öz cibimdən ayda 20 min kredit ödəmişəm. İndi bunların mənə qarşı elədiyi kişilik deyil. Bu, bilirsinizmi nəyə bənzəyir? Elə bil, bakirə qızı zorlayıblar, sonra da deyirlər ki, əxlaqsızdı...".

Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Ramazan Zeynalov: - Sən özün kişi deyilsən. Mənim sənə elədiyim yaxşılığı heç kim eləməzdi.
Müğdət Həşimov: - Budur elədiyin yaxşılıq? Məni gətirib salmısınız bura...

Məhkəmə davam edir.

Buna da bax: Şeyxdən Türkiyəyə 100 min dollarlıq yardım

Xatırlatma

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada "Birgə fəaliyyət haqqında" müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər "Bank VTB"dən 700 min manat götürüb Müğdət Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməliydi. Kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölünəcəkdi.

Buna da bax:

Deputat: Novruz Bayramı öncəsi əfv olacaq
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG