Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 08:00

Şeyxdən Türkiyəyə 100 min dollarlıq yardım


Şeyx Hacı Allahşükür Paşazadə
Şeyx Hacı Allahşükür Paşazadə

►“15 iyulda çox böyük acı yaşadım. Türkiyə böyük bir imtahandan keçdi. Milyonlarla insan küçələrə çıxıb, öz birliyini, öz dövlətini qorudu”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə avqustun 9-da Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşündə belə deyib.

Bu haqda Türkiyə parlamentinin saytı xəbər verir.

A. Paşazadə azərbaycanlıların dualarının türk xalqından yana olduğunu, maddi dəstək də göstərdiklərini ifadə edib. O, 15 iyulda baş verən olaylarda yaralananlara Azərbaycan xalqı adından simvolik məbləğdə pul yardımını - 100 min dolları İ.Qəhramana təqdim edib.

A.Paşazadə Türkiyə parlamenti sədrinin qəbulunda Rusiya Müsəlmanlarının Dini İdarəsinin rəhbbəri Ravil Gaynutdinov, Bosna Hersoqovinanın dini rəhbəri Husein Kavazovic və Kosova İslam Birliyinin başçısı Naim Ternava ilə birlikdə olub.

Görüşdən sonra A.Paşazadə heyətlə birgə Türkiyə parlamentinin 15 iyulda bombalanmış hissələrini gəzib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında iştirak edir.

O, avqustun 9-da keçirilən toplantıdakı çıxışında Fətullah Gülən tərəfdarlarını sərt tənqid etmişdi. Şeyx demişdi ki, “əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır”.

İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Həmin hadisələrdə hərbiçilərdən başqa 246 şəxs ölüb, 2 mindən çox şəxs də yaralanıb. Türkiyə hökuməti həmin hadisənin arxasında hazırda ABŞ-da yaşayan ilahiyətçi Fətullah Gülənin dayandığını düşünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG