Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:11

Dekabrın 2-si Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb.

APA-nın xəbərinə görə, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, büdcədə nəzərdə tutulan vəsaitlər çox olanda, işi ona uyğun qurublar: «Az olanda da, buna uyğun qurmalıyıq».

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Layihədə dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri isə 16.6 milyard manat təşkil edir.

2016-cı ildə isə dövlət büdcəsi iki dəfə qəbul edilmişdi. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard, xərclər isə 16.2 milyard olmuşdu. O zaman neftin bir barreli 50 dollara götürülmüşdü.

Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16 milyard manatdan, xərcləri isə 18 milyard manatdan bir qədər çox götürüldü. Neftin bir barreli isə dəyişiklikdən sonra 25 dollara endirildi.

Bu layihədə neftin bir barrelinin 40 dollar götürüldüyü bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG