Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

«Tarif Şurasının qaz və elektrik enerjisinin bahalanması barədə qərarının psixoloji, iqtisadi nəticələri olacaq».

Son qiymət artımını şərh edən iqtisadçı Qubad İbadoğlu belə deyib.

İqtisadçı bildirib ki, qərarın iqtisadi nəticələri uzunmüddətli və davamlı olacaq. «Maya dəyərində elektrik, qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq»,- iqtisadçı bildirib.

O, hesab edir ki, ölkədə qiymətlərin artımının yeni dalğası başlayacaq. «Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək», - deyə İbadoğlu qeyd edib.

Tarif Şurası noyabrın 28-də enerjidaşıyıcıların qiymətinə yenidən baxıb. Əhalidən ötrü illik istehlak həcmi 1500 kubmetri keçməyəndə, 1 kubmetr qaza görə tarif 0.1 manat səviyyəsində qalacaq. İstehlak həcmi bu məbləği keçərsə, 1 kubmetrin qiyməti 0.2 manat olacaq.

Bundan başqa, 1 kVt/saat elektrik enerjisinin qiyməti 0.043 manatdan 0.057 manata artırılıb.

Aylıq istehlak həcmi 250 kVt/saatı keçməyən istehlakçılara elektrik enerjisinin qiyməti 0.07 manat qalacaq, Bundan artıq olanda, 1 kVt/saata görə 0.11 manat ödəmək lazım gələcək.

Tarif Şurası verdiyi qərarla təbii qazla elektrikdən başqa, soba yanacağının, reaktiv mühərrik yanacağının və bəzi dərmanların da qiymətləri qalxıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG