Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

FIFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Futbol üzrə Azərbaycan millisi 90-cı pillədə qərarlaşıb.

Komandanın aktivində 386 xal var. Azərbaycan yığma komandası oktyabr ayı ilə müqayisədə 2 pillə geriləyib.

Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin sonuncu qrup oyununda səfərdə Şimali İrlandiya millisinə 4:0 hesabı ilə məğlub olmuşdu.
Siyahıya 1634 xalla Argentina yığması başçılıq edir. Sonrakı yerlərdə isə Braziliya və Almaniya gəlir. Türkiyə 24-cü, Rusiya isə 55-ci yerdə qərarlaşıb.

Keçmiş SSRİ respublikalarından Azərbaycanı Belarus, Özbəkistan və Ermənistan qabaqlayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG