Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 49 223,4 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir.

Məlumata görə, ÜDM-nin həcmində azalma var. ÜDM əvvəlki ilin eyni dövrünə nisbətən 3,7 faiz azalıb.

Komitə azalmaya əsas səbəb kimi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalması ilə izah edir.

Buna da bax:​ ÜDM də azalır, vətəndaşların gəliri də...

Əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manat olub.

Manat devalvasiyaya uğramazdan öncə hökumət əsas makroiqtisadi göstərici olan ÜDM-nin ABŞ dolları ifadəsində həcmini də açıqlayardı. İndi Dövlət Statistika Komitəsi bu ənənəyə əməl etmir.

Ekspertlər ÜDM-in azalmasının sadə vətəndaşların həyat səviyyəsinə birbaşa təsirinin olduğunu bildirir.

Azərbaycanda ÜDM-nin həcminin pik həddi 2014-cü ildə qeydə alınıb. Dövlət Statistika Komitəsinin tərtib etdiyi Milli Hesablar Sisteminə görə, ÜDM-in həcmi onda 59 milyard manatı ötmüşdü.

Buna da bax: Böhranın Naxçıvana dəxli yoxdur?!

Ötən ilin əvvəlindən Azərbaycanda manatın dollara nisbətən 110 faiz dəyər itirdiyi bildirilir.

Ekspertlərin fikrincə, bunu nəzərə alanda azalmanın həcimi ilə bağlı təsəvvürlərdə daha real mənzərə yaranır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG