Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:51

Böhranın Naxçıvana dəxli yoxdur?!


İlham Əliyev və Vasif Talıbov
İlham Əliyev və Vasif Talıbov

Naxçıvan Muxtar Respublikasının bir çox iqtisadi göstəricilərinə baxanda, elə təsəvvür yaranır ki, iqtisadi böhranın buraya dəxli yoxdur.

ÜDM NAXÇIVANDA ARTIB, ÖLKƏ ÜZRƏ İSƏ ...

Məsələn, muxtar respublikada 2016-cı ilin yanvar-iyul aylarında 1 milyard 372 milyon 970 min manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Bu, 2015-ci ilin uyğun dövrü ilə müqayisədə 1.9 faiz çoxdur. Ancaq gələk ölkədə ÜDM-in vəziyyətinə. Bu ilin 6 ayında Azərbaycanda əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz az ÜDM istehsal edilib.

Bu fərqi digər göstəricilərdə də görürük. Muxtar respublikada əsas kapitala 562 milyon 200 min 300 manat həcmində investisiya yönəldilib ki, bu da bir il öncəkindən 0.6 faiz çoxdur. Amma ölkə üzrə bu göstərici 30 faiz azalıb.

Azərbaycanda bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsulu istehsalı 2.6, Naxçıvanda isə 5.1 faiz artıb.

ÖLKƏ ÜZRƏ MƏNFİ, NAXÇIVANDA İSƏ MÜSBƏT SALDO

Naxçıvanda ölkə üzrə göstəricilərdən fərqi olaraq, xarici ticarətdə müsbət saldo yaranıb. Bu ilin yanvar-iyulunda muxtar respublikada 240 milyon 931 min 800 dollar həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 2.2 faiz artaraq 217 milyon 654 min 500 dollar olub. İdxal isə 20.2 faiz azalaraq 23 milyon 277 min 300 dollar təşkil edib. Nəticədə 194 milyon dollardan artıq müsbət saldo yaranıb.

Ölkə üzrə isə idxal da, ixrac da azalıb, nəticədə 167 milyon 466 min ABŞ dolları dəyərində mənfi saldo yaranıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG