Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Ölkə parlamenti prezidentin şərəf və lәyaqәtini ləkələməyə, alçaltmaya görə, məsuliyyəti ağırlaşdırmağa hazırlaşır. Baş prokuror Zakir Qaralovun Milli Məclisə göndərdiyi layihədə bununla da bağlı məqamlar var.

APA-nın xəbərinə görə, baş prokuror Cinayət Məcəlləsinin 323.1-ci (Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələr edilməsini təklif edir.

Buna da bax:​ Prezidentin şərəf və ləyaqəti yenə gündəmə gəlir

Layihəyə əsasən, həmin maddədəki “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir.

Bu əmələ görə, qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə, 2 ilədək islah işləri və ya eyni müddətə həbs nəzərdə tutur.

Baş prokurorun təqdim etdiyi təklif həmçinin, məcəlləyə 323.1-1 maddənin əlavə olunmasını da nəzərdə tutur.

Orada söhbət 323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internetdə saxta adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə də məsuliyyət doğurur. Həmin şəxs 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Buna da bax:​ İnternetdə saxta ad və hesablara görə cəza gəlir

Bundan əvvəl xəbər verildiyi kimi Zakir Qaralovun təklif etdiyi layihədə başqa məsələlər də yer alırdı. Orada Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin salınması təklif edilirdi.

Həmin maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur. Üstəlik, həmin şəxs 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilə qədər həbs cəzası ala bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG