Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29
-
Azərbaycan prezidentinin şərəf və ləyaqətinin qorunmasını hədəfləyən qanun layihəsi hazırlanır. Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq layihə barədə bu gün – oktyabrın 4-də Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.

Onun fikrincə, bu qanuna ciddi ehtiyac var:

«Prezidenti xalq seçir, ona ali səlahiyyətlər verilir. Prezidentin şərəf və ləyaqətinin qorunması çox vacibdir».

Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında layihənin hazırlanmasına şəxsən rəhbərlik edəcəyini söyləyib.

«BU, CƏMİL HƏSƏNLİNİN ÇIXIŞLARI İLƏ BAĞLIDIR»

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin fikrincə, belə bir qanunun gündəmə gəlməsi səbəbsiz deyil:

«Hesab edirəm ki, bu, Cəmil Həsənlinin debatlardakı çıxışı ilə bağlıdır. O, prezidentin korrupsiyayla bağlı əməllərindən danışır. Bundan başqa, seçkilər dövründə hakimiyyətin yuxarı eşelonunda təmsil olunanlar haqqında ifşaedici məlumatlar çap olunub yayılır. Mənə elə gəlir ki, hakimiyyət belə şeylərin qarşısını almaq üçün həmin qanun layihəsinin qəbulunu tezləşdirmək istəyir».

Ziyafət Əsgərov da parlamentin 30 sentyabr iclasındakı çıxışında seçki təbliğatı dönəmində ölkə başçısının təhqir olunduğunu vurğulayıb. Ona görə də belə qanunun qəbul edilməsinə zərurət olduğunu bildirib: Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli


«Müxalifətin də, iqtidarın da təbliğat kampaniyasını izləyirsiz. Görün vəziyyət nə yerə çatıb ki, ölkə prezidenti sağına-soluna üzr istəyirəm təhqir olunur. Niyə təhqir olunmalıdır ölkə prezidenti? Prezident ən ali dövlət postlarına sahibdir. O, icra hakimiyyətinin başçısıdır, ali baş komandandır, Təhlükəsizlik Şurasının sədridir. Nə qədər məsuliyyəti var və yerindən duran onu təhqir edir. Amma biz prezidentimizi qoruya bilirikmi? Yox. Konstitusiyanın bu maddəsi o deməkdir ki, prezidentin şərəf və ləyaqətinin müdafiəsi haqqında xüsusi qanun olmalıdır və biz bu qanunu mütləq elə bu sessiyada qəbul etməliyik».

«AYRICA QANUNA EHTİYAC YOXDUR»

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli belə bir qanunun qəbuluna ehtiyac duymur:

«Azərbaycan qanunvericiliyində vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi üçün yetərincə hüquq normaları və təminatlar var. Fikrimcə, prezidentin şərəf və ləyaqətinin müdafiəsi haqqında ayrıca qanuna ehtiyac yoxdur. Konstitusiyanın 106-cı maddəsi də belə bir nəticə çıxarmağa əsas vermir. Orda yazılır ki, prezidentin şərəf və ləyaqəti qanunla qorunur. Bu o demək deyil ki, mütləq xüsusi qanunla qorunmalıdır».
Fuad Ağayev

Fuad Ağayev


«İNDİKİ DÖVRDƏ ONU DİRİLTMƏYƏ EHTİYAC YOXDUR»

Hüquqşünas Fuad Ağayev belə bir qanunun əvvəllər də olduğunu, amma beynəlxalq birliyin, hüquq müdafiə təşkilatlarının təzyiqi ilə ləğv edildiyini yada salır:

«İndi bənzər qanunu yenidən ortaya qoymaq hansı məqsəd güdür, aydın deyil. Bu, artıq bir dəfə özünü doğrultmayıb və ondan Heydər Əliyev dönəmində imtina olunub. İndiki dövrdə onu yenidən diriltməyə lüzum görmürəm. Söhbət şərəf və ləyaqətdən gedirsə, bununla bağlı qanunvericilik var. Şərəfinin təhqiri olunduğunu düşünən mühüm vəzifəli şəxs məhkəməyə müraciət edə bilər. Buna imkan verən qanun var».

Qanun layihəsi payızda müzakirəyə çıxarılmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG